Kontentə keç

Müqəddəs Kitabda dinozavrlar haqda nə deyilir?

Müqəddəs Kitabda dinozavrlar haqda nə deyilir?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda dinozavrlar haqda aydın məlumat yoxdur. Bununla belə, orada Allah «hər şeyin yaradanı» olduğu üçün mədh edilir. Bu isə sübut edir ki, dinozavrlar da Allahın yaratdığı şeylər arasında olub * (Vəhy 4:11). Müqəddəs Kitabda dinozavrlardan xüsusi olaraq bəhs edilmir. Amma orada müxtəlif canlılar qrupu yer alır ki, dinozavrları özünə ehtiva edə bilər:

Dinozavrlar başqa heyvanlardan təkamül edib?

Dinozavrlar təkamülə məruz qalaraq mərhələ-mərhələ ortaya çıxmır, əksinə fosil qeydlərində ani ortaya çıxır. Bu, Müqəddəs Kitabda yazıldığı kimi, Allahın bütün heyvanların yaradanı olması fikrinə uyğun gəlir. Məsələn, Zəbur 146:6 ayəsi Allahı «göyü, yeri, dənizi, onları dolduran hər şeyi» yaradan kimi təsvir edir.

Dinozavrlar nə vaxt yaşayıb?

Müqəddəs Kitabda quru və dəniz heyvanlarının yaradılışın beşinci və altıncı günlərində, yaxud dövrlərində yaradıldığı təsvir edilir * (Yaradılış 1:20—25, 31). Beləliklə, Müqəddəs Kitab onların uzun bir vaxt kəsiyində mövcudluğunu təsdiq edir.

Behemot və Livyatan dinozavrlar olub?

Xeyr. «Əyyub» kitabında bəhs edilən bu heyvanlar dəqiq müəyyənləşdirilməsə də, adətən, livyatan timsah kimi, behemot isə begemot kimi tanınır. Bu da Müqəddəs Kitabda onlara verilən təsvirlərlə üst-üstə düşür (Əyyub 40:15—23; 41:1, 14—17, 31). İstənilən halda, «behemot» və «livyatan» ifadələri dinozavrlara aid edilə bilməz. Allah Əyyuba bu heyvanları şəxsən müşahidə etməsini demişdi, Əyyubun yaşadığı dövrdə isə dinozavrlar artıq uzun illər idi ki, mövcud deyildi (Əyyub 40:16; 41:8).

Dinozavrlarla nə baş verdi?

Müqəddəs Kitabda dinozavrların kökünün kəsilməsinə dair heç bir məlumat yoxdur. Bununla belə, orada hər şeyin Allahın iradəsilə mövcud olduğu deyilir. Belə çıxır ki, Allahın dinozavrları yaratmaqda bir niyyəti var idi (Vəhy 4:11). Allah bu niyyətini həyata keçirəndən sonra dinozavrların kökünün kəsilməsinə yol verdi.

^ abz. 3 Fosil qeydləri dinozavrların mövcudluğunu isbat edir. Həmçinin fosillər sübut edir ki, dinozavrların müəyyən bir müddətdə çoxlu müxtəlif formaları və ölçüləri olub.

^ abz. 10 Müqəddəs Kitabda «gün» sözü min illəri əhatə edən bir zaman kəsiyinə aid istifadə edilə bilər (Yaradılış 1:31; 2:1—4; İbranilərə 4:4, 11).