Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Axırzamanın əlamətləri

Axırzamanın əlamətləri

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda «dövrün yekunu» və ya dünyanın sonu ilə bağlı əlamətlər və hadisələr yazılıb (Mətta 24:3). Orada həmin dövr «axırzaman» adlanır (2 Timutiyə 3:1; Dənyal 8:19). Axırzamanın aydın sezilən əlamət və peyğəmbərlikləri aşağıdakılardır:

  • Genişmiqyaslı müharibələr (Mətta 24:7; Vəhy 6:4).

  • Aclıq (Mətta 24:7; Vəhy 6:5, 6).

  • Güclü zəlzələlər (Luka 21:11).

  • Xəstəliklər, epidemiyalar (Luka 21:11).

  • Cinayətin artması (Mətta 24:12).

  • İnsanların yeri tələf etməsi (Vəhy 11:18).

  • İnsanların korlanıb «nankor, vəfasız,.. barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü» olmaları (2 Timutiyə 3:1—4).

  • «Doğmalarını sevməyən» kəslər və «valideynlərinə itaət etməyən» övladlar ucbatından ailələrin dağılması (2 Timutiyə 3:2, 3).

  • Əksər insanlarda Allaha məhəbbətin soyuması (Mətta 24:12).

  • Üzdən özünü mömin kimi göstərmək (2 Timutiyə 3:5).

  • Axırzamana dair peyğəmbərliklər də daxil olmaqla, daha çox Müqəddəs Kitab peyğəmbərliklərinin açıqlanması (Dənyal 12:4).

  • Padşahlıq haqqındakı müjdənin bütün yer üzündə təbliğ olunması (Mətta 24:14).

  • Sonun yaxınlaşdığını göstərən hadisələrə məhəl qoymayanların, öz istəklərinin yedəyində gedənlərin artması (Mətta 24:37—39; 2 Butrus 3:3, 4).

  • Bu peyğəmbərliklərdən hamısının eyni vaxtda baş verməsi (Mətta 24:33).

Biz axırzamandamı yaşayırıq?

Bəli. Dünya hadisələri, eləcə də Müqəddəs Kitab xronologiyası göstərir ki, axırzaman 1914-cü ildən başlayıb. Həmin dövrdə Allahın Padşahlığı göydə idarə etməyə başladı. Onun gördüyü ilk iş Şeytan İblisi və onun cinlərini göydən yerə atıb, fəaliyyətlərini məhdudlaşdırmaq oldu (Vəhy 12:7—12). Şeytanın bəşəriyyət üzərindəki təsiri axırzamanda «son dərəcədə çətin bir vaxt» gəldiyini göstərən pis hadisələrdən və əlamətlərdən görünür (2 Timutiyə 3:1).