Azərbaycan
Allahın sadəcə böyük qüvvə olduğunu demək olarmı?
https://cms-imgp.jw-cdn.org/img/p/502012487/univ/art/502012487_univ_sqr_xl.jpg
ijwbq məqalə 7

Allahın sadəcə böyük qüvvə olduğunu demək olarmı?

Allahın sadəcə böyük qüvvə olduğunu demək olarmı?

Müqəddəs Yazıların cavabı

 Allah hər şeyə qadir olan Allahdır. Kəlamında yaratdığı sayı-hesabı bilinməyən ulduzlara dair belə sözlər yazılıb: «Başınızı göylərə qaldırıb baxın: bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə onlardan heç biri də əskik olmaz» (Yeşaya 40:25, 26).

 Lakin Onun sadəcə olaraq böyük bir qüvvə olduğunu düşünmək düzgün olmazdı. Çünki Müqəddəs Yazılar Uca Yaradanın məhəbbət və pisliyə nifrət kimi hisslərə malik olmasından xəbər verir (Zəbur, Məzmur 11:5; İncil, Yəhya 3:16). Həmçinin orada insanların etdiklərinin Ona xoş gedib-getməməsindən də bəhs edilir (Zəbur, Məzmur 78:40, 41).