Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Allahın neçə adı var?

Allahın neçə adı var?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazılar vasitəsilə Haqq-Taala açıq şəkildə Öz ismini bəyan edir: «Mən Yehovayam, ismim odur» (Peyğəmbərin kitabları, Yeşaya 42:8, Kitabı Mukaddes, türkcə). Allaha müxtəlif formalarda müraciət olunur, məsələn, «Pərvərdigara», «Yaradan» və «Külli-İxtiyar» (Tövrat, Yaradılış 17:1; İncil, Həvarilərin işləri 4:24; 1 Peter 4:19). Lakin Yaradan buyurur ki, biz Ona tək bir adı ilə müraciət edək.

Müqəddəs Yazılarda Musa peyğəmbər tərəfindən qələmə alınan sözlərdə Allahın «Yehova» adı çəkilir: «İbrahimə, İshaqa və Yaquba Qadir olan Allah olaraq göründüm; fəqət onlara Yehova ismim ilə məlum olmadım» (Tövrat, Çıxış 6:3, Kitabı Mukaddes, türkcə).

Əsrlər boyu Allaha müraciətdə bu addan istifadə edilmişdir. İncilin 2010-cu ildə dərc edilmiş azərbaycanca tərcüməsində bu ad «Yehova» formasında işlənir. «Azərbaycan Milli Ensiklopediyası»nda «Yəhva» kimi verilib (I cild, səh. 333). Yazılışı sağdan sola olan qədim ibrani dilində qələmə alınan Müqəddəs Yazılarda Allahın uca adı dörd samitlə yazılırdı: יהוה. «Tetraqrammaton» adlandırılan bu dörd ibrani hərfini YHVH kimi transliterasiya etmək olar.