Kontentə keç

Müqəddəs Kitab mənə ailə səadətinə nail olmağa kömək edə bilərmi?

Müqəddəs Kitab mənə ailə səadətinə nail olmağa kömək edə bilərmi?

Müqəddəs Yazıların cavabı

 Bəli. Burada milyonlarla kişi və qadına ailə səadətinə nail olmağa kömək edən hikmətli Müqəddəs Kitab məsləhətləri gətirilib.

  1.   Nikahınızı rəsmiləşdirin. Rəsmi nikah və həyat yoldaşına sədaqət xoşbəxt ailənin təməlidir (Matta 19:4—6).

  2.   Yoldaşınıza sevgi və hörmət göstərin. Həyat yoldaşınızın sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onunla o cür rəftar edin (Matta 7:12; Efeslilərə 5:25, 33).

  3.   Yoldaşınızla sərt, kobud danışmayın. Hətta yoldaşınız söz və ya hərəkəti ilə xətrinizə dəyirsə, yenə də onunla mehribancasına danışın (Efeslilərə 4:31, 32). Süleymanın məsəlləri 15:1 ayəsində deyilir: «Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar».

  4.   Bir-birinizə sadiq qalın. Romantik sevgini yalnız həyat yoldaşınıza göstərin (Matta 5:28). Müqəddəs Kitabda deyilir: «Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkələnməsin» (İbranilərə 13:4).

  5.   Övladlarınızı sevgi ilə tərbiyələndirin. Övladlarınızın ciddi səhvlərinə göz yummayın, amma sərt və zalım da olmayın (Süleymanın məsəlləri 29:15; Koloslulara 3:21).