Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Çəkdiyimiz bütün əzabların günahkarı Şeytandırmı?

Çəkdiyimiz bütün əzabların günahkarı Şeytandırmı?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazılarda göstərilir ki, Şeytan İblis gerçək varlıqdır və o, güclü kriminal avtoritet kimi, «saxta əlamətlər» və «hər cür yalan»lar vasitəsilə öz məqsədlərinə nail olmağa çalışır. Allahın Kəlamında deyilir ki, Şeytan «nur mələyi cildinə girir» (İncil, 2 Salonikililərə 2:9, 10; 2 Korinflilərə 11:14). İblisin varlığına onun vurduğu zərərlər dəlalət edir.

Bununla belə, insanların çəkdiyi bütün əzab-əziyyətləri Şeytanın ayağına yazmaq düzgün deyil. Nəyə görə? Çünki Allah insanlara xeyirlə şər arasında seçim etmək qabiliyyəti verib (Peyğəmbərlərin kitabı, Yeşua 24:15). Biz səhv seçim edəndə əkdiyimizi biçirik (İncil, Qalatiyalılara 6:7, 8).