Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Məxfilik siyasəti və cookie-faylları

Məxfilik siyasəti və cookie-faylları

Yehovanın Şahidləri təşkilatı insanların şəxsi həyat hüququna hörmətlə yanaşır. Təşkilatın dünya üzrə yürütdüyü məlumatların təhlükəsizliyi siyasəti barədə burada oxumaq olar.

Məlumatların təhlükəsizliyi siyasətində Yehovanın Şahidlərinin şəxsi məlumatlardan istifadə qaydalarının əsas müddəaları yer alıb. Buna əlavə olaraq aşağıda birbaşa bu sayta aid olan rəhbərlik prinsipləri verilib.

Bu sayt Yehovanın Şahidləri fəaliyyətini və Müqəddəs Kitab üzrə maarifləndirmə işini aparan Watchtower Bible and Tract Society of New York, Inc. (Gözətçi Qülləsi Cəmiyyəti) qeyri-kommersiya cəmiyyətinin mülkiyyətidir. Saytın yerləşdirildiyi bəzi serverlər Amerika Birləşmiş Ştatlarında yerləşir.

Şəxsi məlumatlar

Sayta daxil edilən şəxsi məlumatlar yalnız və yalnız sayt istifadəçilərinə bildirilən qaydaya uyğun olaraq istifadə olunur.

İstifadəçinin sorğusunu (yer gələndə istifadəçiyə bu haqda ətraflı izahat verilir) və ya müvafiq qanunvericiliyin əsaslı tələblərini icra etmək, habelə fırıldaqçılığın qarşısını almaq, texniki nasazlığı aradan qaldırmaq və ya təhlükəsizliyi təmin etmək kimi səbəblərdən başqa, biz heç bir digər səbəbə görə şəxsi məlumatları başqa şəxslərə ötürmürük. Saytdan istifadə etməklə siz şəxsi məlumatlarınızı ancaq yuxarıdakı hallarda üçüncü şəxslərə ötürülməsinə öz razılığınızı verirsiniz. Heç bir halda təqdim edilən şəxsi məlumatlardan gəlir mənbəyi kimi istifadə edilmir: məlumatlar heç kimə satmır, pulun müqabilində istifadəyə verilmir və s.

Üçüncü şəxslər. Bu saytda üçüncü şəxslərin saytlarına aid keçidlər yerləşdirilib. Bu saytlar bizim adımızdan müxtəlif xidmətlər göstərirlər (məsələn, onlayn blankların doldurulmasında kömək edirlər). Üçüncü şəxsin saytına keçdiyinizi brauzerinizin ünvan sətrindən müəyyən edə bilərsiniz. Üçüncü şəxslərin xidmətindən istifadə etməyə başlamazdan öncə tələblərimizə cavab verib-vermədiyinə əmin olmaq üçün onların məlumatların təhlükəsizliyini təmin edilməsi səviyyəsi yoxlayırıq, sonra da onların xidmətindən istifadə edirik. Əgər üçüncü şəxslərin xidmətinə dair hər hansı sualınız varsa, xahiş olunur, bu haqda məlumatı onların saytından oxuyun.

Təhlükəsizlik

Biz sizin şəxsi məlumatlarınızın təhlükəsizliyinə ciddi yanaşırıq. Məlumatlar şifrələnmiş kanallar, məsələn, Transport Layer Security (TLS) protokolu vasitəsilə ötürülür. Girişi məhdud olan kompüter sistemlərindən istifadə olunur. Bu kompüter sistemləri elektron və prosedur təhlükəsizlik qaydalarına cavab verən və mühafizə olunan binalarda yerləşdirilir.

İstifadəçi hesabları

Bu saytda hesab açan zaman daxil etdiyiniz elektron poçt ünvanı tələb olunan zaman sizinlə əlaqə saxlamaq üçün nəzərdə tutulub. Məsələn, əgər istifadəçi adını və ya parolu unutsanız və girişi bərpa etmək üçün müraciət göndərsəniz, sizə hesabınızın profilində daxil etdiyiniz elektron poçt ünvanına məktub göndəriləcək.

İanələr

Sayt vasitəsilə ianə etdiyiniz zaman daxil etdiyiniz adınız və əlaqə məlumatınız sistemin yaddaşına qeyd olunur. Bank kartı vasitəsilə edilən ianələri qəbul etmək üçün dünya üzrə yüksək səviyyəli və ən təhlükəsiz akkreditə olunmuş onlayn ödəmə sistemlərindən istifadə edirik. Onlayn prosessinq sisteminə göndərdiyiniz məlumatlarınıza, məsələn, kredit kartınıza, bank hesabınızın nömrələrinə və digər məlumatlarınıza heç bir girişimiz yoxdur. Aldığımız ianələrlə bağlı pul əməliyyatları haqda məlumatlar ən azı on il müddətində saxlanılır. Bu məlumatlar ianənin tarixi, məbləği və ödəniş üsulu haqda məlumatlardan ibarətdir. Bunun sayəsində biz mühasibat uçotu standartlarına riayət edə, eləcə də bu müddət ərzində istənilən sorğunuzu cavablandırmaq imkanına malik oluruq.

Digər məlumat

Ola bilsin, siz şəxsi məlumatınızı (məsələn, poçt ünvanını və telefon nömrəsini) ianə göndərmək və ya saytda hesab açmaq üçün yox, Müqəddəs Kitabı öyrənmək sorğusunu göndərmək məqsədilə sayta daxil edirsiniz. Biz bu məlumatları yalnız və yalnız təqdim etdiyiniz məqsəd və tələb olunan müddət üçün toplayır və istifadə edirik.

Cookie və analoji texnologiyalar

Siz bizim sayta daxil olan zaman avtomatlaşdırılmış vasitələrin köməyi ilə müəyyən məlumat toplanılır. Bu məlumatlar cookie-faylları, veb-mayak və oxşar vasitələrlə toplanılır. Bu sənəddə «cookie» sözü geniş mənada istifadə olunur və özündə analoji texnologiyanı, məsələn, lokal yaddaşı ehtiva edə bilər.

Cookie. Bir çox saytlarda olduğu kimi, bu sayta daxil olanda da cookie-faylları kimi tanınan cüzi informasiya mobil telefonunuzun, planşetinizin, yaxud kompüterinizin yaddaşında yazıla bilər. Saytın işini yaxşılaşdırmaq məqsədini güdən və müxtəlif funksiyaları yerinə yetirən müxtəlif növ cookie-faylları var. Cookie-faylları sayəsində biz saytımıza əvvəllər daxil olub-olmadığınızı müəyyən edə bilir, yaxud da bu faylların köməyi ilə sayt üçün təyin etdiyiniz parametrləri yadda saxlamaq mümkün olur. Məsələn, saytın dilini seçdiyiniz zaman bu seçiminiz cookie-faylları formasında yaddaşa qeyd olunur və növbəti dəfə saytımıza girəndə sayt avtomatik olaraq seçdiyiniz dildə açılır.

Aşağıda bu saytda istifadə olunan cookie fayllarının növlərinə izahat verilir:

  1. Mütləq tələb olunan cookie-fayllar. Bu fayllar sizə saytın funksiyalarından yararlanmağa kömək edir, məsələn, sayta daxil olmaq və ya blankları doldurmaq və s. Bu fayllar olmasa, tələb olunan xidmətləri, məsələn, ianələrin göndərilməsi xidmətini göstərmək mümkün olmur. Bu cookie-faylları sonradan reklam və ya İnternetdə hərəkətinizi izləmək məqsədilə istifadə oluna biləcək şəxsi məlumatınızı yığmır.

  2. Funksional cookie-fayllar. Bu fayllar saytda seçdiyiniz parametrləri (məsələn, seçdiyiniz dili və yerinizi) yadda saxlamağa kömək edir. Həmçinin onlar saytın istifadəsini rahatlaşdıran əlavə funksiyaları icra edir.

  3. Məlumat toplamaq məqsədilə istifadə olunan cookie-fayllar. Bu fayllar istifadəçilərin saytımızdan necə istifadə etdiyini bilməyimizə kömək edir. Nümunə üçün, onların köməyi ilə sayta daxil olanların sayı və ya orta istifadə müddəti haqda məlumat toplanılır. Bu məlumat yalnız və yalnız saytın işini yaxşılaşdırmaq məqsədilə istifadə olunur.

Bəzi cookie-fayllar üçüncü şəxslərə məxsusdur və onlar digər domenlərdə (saytlarda) istifadə olunur. Biz ancaq öz cookie-fayllarımızdan istifadə edirik. Amma real insanları spam göndərən «robotlardan» ayırmaq üçün Google reCAPTCHA cookie-fayllarından istifadə edirik. Google şirkətinin məxfilik siyasəti ilə bu ünvanda tanış olmaq olar: http://www.google.com/intl/en/policies/privacy/.

Veb-mayaklar. Saytımızın səhifələrində bəzi hərəkətləri, məsələn, saytın müəyyən səhifələrinə daxil olduğunuzu qeyd etmək üçün «veb-mayak» adlı kiçik fayllar yerləşdirilə bilər. Veb-mayaklar saytın necə istifadə olunduğunu görmək və işlək vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.

IP-ünvanların istifadəsi. IP-ünvan kompüterinizi İnternetdə müəyyən (identifikasiya) edən rəqəmsal koddur. IP-ünvanlardan istifadə edərək brauzerlərin növlərini müəyyən edirik ki, istifadəçilərin hərəkətlərini təhlil edək, saytın problemlərini üzə çıxaraq və xidmətlərimizin keyfiyyətini artıraq.

Seçim sizindir. Brauzerlərin əksəriyyəti istifadəçilərə cookie funksiyasını söndürməyə imkan verir və ya bu faylları cihazınızda saxlamazdan öncə sizdən icazə istəyir. Cookie fayllarının parametrlərinə dair brauzerinizin sorğu-arayış sənədlərində oxuyun. Nəzərə alın ki, cookie faylları işə salınmasa, saytın bütün funksiyalarından istifadə edə bilməyəcəksiniz.

Aktiv ssenarilər (JavaScript)

Saytın funksionallığını artırmaq üçün ssenarilərdən istifadə olunur. Bu texnologiyanın sayəsində sayt sizin sorğunuza daha tez cavab verə bilir. Ssenarilər vasitəsilə istifadəçinin kompüterinə heç bir proqram təminatını yazılmır və ya icazəsiz olaraq istifadəçi haqqında məlumat toplanılmır.

Saytın müəyyən bölmələrinin düzgün işləməsi üçün brauzerin müvafiq parametrlərində aktiv ssenariləri (JavaScript) işə salmaq tələb olunur. Brauzerlərin əksəriyyəti bu funksiyanı istənilən sayt üçün işə salmağı və ya söndürməyi imkan verir. Seçilən sayta ssenariləri icazə verməyə dair veb-brauzerin sorğu-arayış sənədlərində oxuyun.

Sizin hüquqlarınız

Siz bu saytdan istifadə edə, eləcə də istənilən nəşrləri, video- və audio-faylları pulsuz yükləyə bilərsiniz. Bu saytdan istifadə etmək üçün saytda hesab açmaq, ianə etmək və ya hər hansı yolla şəxsi məlumatınızı bizə göndərmək tələb olunmur. Amma saytda hesab açanda, ianə edəndə, Müqəddəs Kitabı təmənnasız öyrənmək üçün müraciət göndərəndə və ya hər hansı yolla saytımızdan istifadə edəndə şəxsi məlumatınızı bizə göndərməklə saytımızın məxfilik siyasəti və cookie-fayllarının istifadə qaydaları ilə razılığınızı vermiş olursunuz. Sizin razılığınız həmçinin toplanılan məlumatların Amerika Birləşmiş Ştatlarındakı serverlərdə saxlanılmasına, şəxsi məlumatlarınızın Gözətçi Qülləsi Cəmiyyəti, eləcə də müxtəlif ölkələrdə Yehovanın Şahidlərinin fəaliyyətinə kömək edən təşkilatlar tərəfindən yığılmasına, emal edilməsinə, saxlanılmasına və sorğunuza cavab vermək üçün digər şəxslərə göndərilməsinə şamil edilir. Sizin məlumatları kim toplayır? Bu, sizin saytımızdan istifadə xarakterindən asılıdır. Məsələn, müəyyən ölkənin müəyyən hüquqi şəxsinə ianə göndərirsinizsə, sizin adınız və əlaqə məlumatınız konkret bu hüquqi şəxsə göndərilir. Yaxud da Müqəddəs Kitabı öyrənmək üçün müraciət göndərirsinizsə, adınız və əlaqə məlumatınız sorğunuzu təmin edə biləcək Yehovanın Şahidlərinin filialına göndərilir.

Saytda hesab açanda, ianə göndərəndə və ya hər hansı bir digər halda tələb olunan məlumatı təqdim edə bilmirsinizsə, sizin sorğunuzu təmin edə bilməyəcəyik.

Əgər məxfilik və cookie-faylları siyasətinə hər hansı əlavə və dəyişiklik edilərsə, bu dəyişikliklər saytda dərc olunacaq. Bunun sayəsində sizin topladığımız məlumatlar və onların istifadəsi haqda məlumatınız olacaq.

Ölkənizin şəxsi məlumatlara dair qanunlarından asılı olaraq sizə əlavə hüquqlar da şamil oluna bilər. Bu hüquqlara tərəfinizdən sayt vasitəsilə təqdim olunan məlumatlara girişin təmin edilməsi, eləcə də bu məlumata dəyişiklik etmək və ya onu silmək hüququ daxil ola bilər. Əgər bu, sizin ölkəyə də aiddirsə, əlaqə məlumatını buradan yükləmək olar. Əgər sizin şəxsi məlumatlara dair sualınız ianələrlə bağlıdırsa, xahiş olunur, ianəni alan (hüquqi) şəxslə əlaqə saxlayın. Bu şəxs haqda məlumatı ianə göndərdiyiniz zaman əks olunub və ya qəbzdə göstərilir.