Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Yer üzündə sülh necə bərqərar olacaq?

Yer üzündə sülh necə bərqərar olacaq?

Müqəddəs Yazıların cavabı

Yer üzündə mütləq sülh olacaq, ancaq bunu insan yox, Allahın səmavi Padşahlığı edəcək. Gəlin Müqəddəs Yazıların buna dair verdiyi möhtəşəm ümidi nəzərdən keçirək.

  1. Allah «yerin ucqarlarınadək döyüşləri dayandıra[caq]» və «bəyəndiyi insanlara sülh nəsib» edəcəyinə dair vədini həyata keçirəcək (Zəbur, Məzmur 46:9; İncil, Luka 2:14).
  2. Allahın Padşahlığı göydən bütün yer üzünü idarə edəcək (Daniel 7:14). O, ümumbəşər hökumət kimi, bir çox münaqişələrin kökündə duran milliyyətçiliyi aradan qaldıracaq.
  3. Müqəddəs Yazılarda Allahın Padşahlığının rəhbəri olan İsa Məsih «Sülh Hökmdarı» adlanır və orada deyilir ki, onun «sülhünün artmasının sonu olmayacaq» (Peyğəmbərlərin kitabı, Yeşaya 9:6, 7).
  4. Allahın Padşahlığının idarə edəcəyi yer üzündə davakar insanlara yer yoxdur, çünki «Rəbb... zülmkar[a] nifrət edir» (Zəbur, Məzmur 11:5; Süleymanın məsəlləri 2:22).
  5. Allah Öz bəndələrinə sülh içində necə yaşamağı öyrədir. Bu təlimin bəhrəsi Müqəddəs Yazılarda belə təsvir olunur: «Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Peyğəmbərin kitabı, Yeşaya 2:3, 4).

Artıq bütün dünyada milyonlarla Yehovanın Şahidi Allahın Kəlamından sülhpərvər olmağı öyrənirlər (İncil, Matta 5:9). Müxtəlif millətlərdən, irqlərdən olmağımıza və 230-dan çox ölkə və ərazidə yaşamağımıza baxmayaraq, biz heç bir insana qarşı silah qaldırmırıq!

 

 

Əlavə məlumat

İLAHİ MÜJDƏ

İlahi müjdə

Öyrənin görün ilahi müjdə nədən ibarətdir, onu eşitməyimiz nə üçün vacibdir və biz nə etəliyik.

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidləri ilə tanışlıq

Yehovanın Şahidlərindən kimlərisə tanıyırsınız? Bizi nə dərəcədə yaxşı tanıyırsınız?