Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Yeddi ölümcül günah» var?

«Yeddi ölümcül günah» var?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda ayrıca olaraq «yeddi ölümcül günah» vurğulanmır. Amma orada deyilir ki, insan ciddi günahlara yol verərsə, xilasdan məhrum ola bilər. Misal üçün, Müqəddəs Kitabda günahlı bədənin əməlləri olan cinsi əxlaqsızlıq, bütpərəstlik, spiritizm, qəzəb, sərxoşluq kimi ciddi günahlar sadalanır. Və deyilir ki, «belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—21) *.

Məgər Müqəddəs Kitabda Yehovanın ikrah etdiyi yeddi şeyin adı çəkilmir?

Çəkilir. Məsəllər 6:16 ayəsində deyilir ki, «altı şey var ki, Yehovanın zəhləsi gedir, yeddi şeydən ikrah edir». Amma Məsəllər 6:16—19 ayələrində sadalananlar bütün günahları özünə ehtiva etmir. Bu ayələrdə insanın düşüncəsində, sözlərində və əməllərində edə biləcəyi hər növ günahın əsas kateqoriyaları gətirilir *.

Bəs «ölümcül günah» ifadəsini necə başa düşməli?

Müqəddəs Kitabda açıq şəkildə göstərilir ki, bütün günahlar ölümə aparıb çıxara bilər. Amma biz İsa Məsihin fidyə qurbanlığı sayəsində günahdan və ölümdən xilas ola bilərik (Romalılara 5:12; 6:23). Lakin Məsihin fidyə qurbanlığı bir halda «ölümə aparan [günahı]» yumur. Belə günah edən kəs tutduğu pis əməldən əsla əl çəkmir və heç vaxt peşman olmur. Həmçinin Müqəddəs Kitab bu kimi günahları «bağışlanmayacaq» günahlar adlanır (Mətta 12:31; Luka 12:10).

^ abz. 3 Qalatiyalılara 5:19—21 ayələrində ciddi günahlardan 15-nin adı çəkilir və ayənin sonunda «və sairə» ifadəsi işlənir. Bu ayəni oxuyan kəs əqlini işə salıb, həmin siyahıda adı çəkilməyən, lakin «və sairəyə» daxil olan digər günahları özü müəyyən etməlidir.

^ abz. 5 Məsəllər 6:16 ayəsində ibrani idiomu işlənir. İkinci yerdə vurğulanan şey birinci yerdə sadalananlarla qarşılaşdırılır. Bu cür ifadə forması Müqəddəs Kitabda tez-tez rast gəlinir (Əyyub 5:19; Məsəllər 30:15, 18, 21).

Əlavə məlumat

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Allah problemlərimizi görürmü?

«Günahların bağışlandı»

İsa günahla xəstəliklər arasında hansı əlaqənin olduğunu göstərir?