Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xilas nədir?

Xilas nədir?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitab yazıçıları «xilas» və «qurtuluş» sözlərini bəzən insanın təhlükədən və ya fəlakətdən qurtulması mənasında istifadə edirdilər (Çıxış 14:13, 14; Həvarilərin işləri 27:20). Lakin çox vaxt bu sözlər günahdan xilas olmağa aid işlənir (Mətta 1:21). Ölüm günahın əvəzi olduğu üçün günahdan qurtulmuş kəslərin əbədi yaşamaq ümidi var (Yəhya 3:16, 17) *.

Xilas olmaq necə mümkündür?

Xilas olmaq üçün İsa Məsihə iman gətirmək və iman etdiyini onun əmrlərinə tabe olmaqla göstərmək lazımdır (Həvarilərin işləri 4:10, 12; Romalılara 10:9, 10; İbranilərə 5:9).

Müqəddəs Kitabda deyilir ki, imanın ölmədiyini sübut etmək üçün itaətkarlığı əməldə göstərmək gərəkdir (Yaqub 2:24, 26). Lakin bu o demək deyil ki, xilası qazanmaq mümkündür. Xilas Allahın lütfdən doğan ənamıdır (Efeslilərə 2:8, 9).

İnsan xilasdan məhrum ola bilər?

Bəli. Necə ki, boğulmaq üzrə olan insan xilas olunduqdan sonra suya hoppana və ya düşə bilər, eləcə də günahdan azad olmuş insan da imanını qorumasa, xilasdan məhrum ola bilər. Bu səbəbdən, Müqəddəs Kitab xilası qazanmış məsihiləri «iman uğrunda ciddi mübarizə aparmağa» səsləyir (Yəhuda 3). Bu həmçinin onlar üçün bir xəbərdarlıqdır ki, «qorxu və ehtiramla xilasa yetişməyə» çalışsınlar (Filippililərə 2:12).

Xilaskar Allahdır, yoxsa İsa Məsih?

Müqəddəs Kitabda Allah xilasın mənbəyi, yəni «Xilaskar» kimi tanınır (1 İşmuil 10:19; Əşiya 43:11; Titusa 2:10; Yəhuda 25). Bundan əlavə, Allah qədim İsrail xalqını xilas etmək üçün müxtəlif insanlardan istifadə etmişdi. Müqəddəs Kitabda bu adamlar da «xilaskar» adlanır (Nəhəmya 9:27; Hakimlər 3:9, 15; 2 Padşahlar 13:5) *. Üstəlik, Allah günahdan qurtuluşu İsa Məsihin fidyə qurbanlığı vasitəsilə təmin etdiyi üçün Müqəddəs Kitabda İsa Məsih də «Xilaskar» adlanır (Həvarilərin işləri 5:31; Titusa 1:4) *.

Hamı xilas olacaq?

Xeyr. Bəzi insanlar xilas olmayacaq (2 Salonikililərə 1:9). Bir dəfə İsa Məsihdən soruşmuşdular: «Az adam xilas olacaq?» Onda İsa Məsih cavab vermişdi: «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın, çünki çoxları bu qapıdan girməyə çalışacaq, lakin bacarmayacaq» (Luka 13:23, 24).

İnsanların xilası barədə yanlış fikirlər

Səhv. Birinci Korinflilərə 15:22 ayəsindəki «Məsihin sayəsində... hamı həyata qovuşacaq» sözləri göstərir ki, bütün insanlar xilas olacaq.

Doğru. Bu ayənin kontekstində söhbət dirilmədən gedir (1 Korinflilərə 15:12, 13, 20, 21, 35). «Məsihin sayəsində... hamı həyata qovuşacaq» ifadəsi sadəcə o deməkdir ki, dirilən hər kəs bu xeyir-duanı İsa Məsih sayəsində almış olur (Yəhya 11:25).

Səhv. Titus 2:11 ayəsindəki Allah «bütün insanlara xilas [gətirir]» sözləri göstərir ki, hamı xilas olacaq (Müqəddəs Kitab, 2009).

Doğru. Bu ayədə «bütün» kimi tərcümə olunan yunan sözü həmçinin «hər cür» mənasını verir *. Titus 2:11 ayəsinin dəqiq açıqlaması odur ki, Allah xilası «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub [adamlar]» da daxil olmaqla, hər cür insana verəcək (Vəhy 7:9, 10).

Səhv. İkinci Butrus 3:9 ayəsindəki Allah «heç kəsin məhv olmasını istəmir» sözləri göstərir ki, bütün insanlar xilas olacaq.

Doğru. Allah insanların xilas olmasını istəyir, amma O, heç kəsi xilası qəbul etməyə məcbur etmir. Onun hökm gününə allahsızların məhvi də daxildir (2 Butrus 3:7).

^ abz. 3 Müqəddəs Kitab göstərir ki, xilas olmuş insanın günah və ölümdən əsil xilası hələ qarşıdadır (Efeslilərə 2:5; Romalılara 13:11).

^ abz. 10 Sitat gətirilmiş ayələrin bəzi tərcümələrində «xilaskar» sözünün əvəzinə «qalib», «qurtarıcı», «qəhrəman», «öndər», hətta «kimsə» sözləri istifadə edilir. Lakin Müqəddəs Kitabın orijinal ibrani mətnində istifadə olunan eyni söz həm insan xilaskarlara, həm də Yehova Allaha aid işlənir (Zəbur 7:10).

^ abz. 10 İsa adı ibrani dilində «Yehoşua» kimi səslənir və «Yehova xilasdır» deməkdir.

^ abz. 17 «Vaynın Əhdi-Ətiq və Əhdi-Cədidin sözlərinə dair izahlı lüğəti»nə baxın. Mətta 5:11 ayəsində eyni yunan sözü istifadə olunur. Bu ayədə İsa Məsih insanların onun davamçıları haqqında «hər cür» pis sözlər söyləyəcəyini deyir.

Əlavə məlumat

Yehovanın Şahidləri ancaq özlərinin xilas olacağınımı düşünür?

Müqəddəs Yazılar kimlərin xilas ola biləcəyini göstərir.