Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

«Vəhy» kitabının mənası nədir?

«Vəhy» kitabının mənası nədir?

Müqəddəs Yazıların cavabı

«Vəhy» kitabının yunan dilindəki Apokalipsis adı «açılış» və ya «üstünü açma» deməkdir. Bu ad kitabın mənasını göstərir — orada gizli qalan məsələlər açıqlanır və yazılmasından xeyli sonra baş verməli olan hadisələrin üstü açılır. Bu kitabda yazılan bir çox peyğəmbərliklər gələcəkdə yerinə yetəcəkdir.

«Vəhy» kitabının icmalı

«Vəhy» kitabını necə başa düşmək olar?

  1. Allaha xidmət edənlər üçün onun mənası qorxulu, vahiməli deyil, əksinə, ümidvericidir. Çoxları apokalipsis sözünü eşidəndə ağıllarına ilk gələn hansısa fəlakət olsa da, bu kitabın əvvəlində və sonunda deyilir ki, onu oxuyan, başa düşən və yazılanlara əməl edən xoşbəxtdir (Vəhy 1:3; 22:7).

  2. Kitab məcaz və ya rəmzlərlə doludur. Onları hərfi mənada başa düşmək lazım deyil (Vəhy 1:1).

  3. Kitabdakı bir çox mühüm rəmz və adlar Müqəddəs Kitabın digər yerlərində də işlədilib:

  4. Görüntülər «Ağanın gününə» aiddir. Ağanın günü 1914-cü ildə, İsa Məsih taxta çıxanda başlayıb (Vəhy 1:10). Buna görə də «Vəhy» kitabındakı mühüm peyğəmbərliklərin bizim günlərdə yerinə yetəcəyini gözləyə bilərik.

  5. «Vəhy» kitabını başa düşmək üçün bizə Allahın müdrikliyi və onu başa düşən insanların köməyi gərəkdir (Həvarilərin işləri 8:26—39; Yaqub 1:5).

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ

Dünyanın sonundan qorxmalıyıqmı?

Ola bilsin, Müqəddəs Kitabda dünyanın sonu barədə yazılanlar sizə təəccüblü gələcək.

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Müqəddəs Kitabı başa düşməkdə mənə nə kömək edə bilər?

Mənşəyinizdən asılı olmayaraq, siz Müqəddəs Kitabı başa düşə bilərsiniz.