Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Vəhy 13-cü fəsildəki yeddibaşlı vəhşi heyvan nəyi təmsil edir?

Vəhy 13-cü fəsildəki yeddibaşlı vəhşi heyvan nəyi təmsil edir?

Müqəddəs Yazıların cavabı

Vəhy 13:1 ayəsində haqqında bəhs edilən yeddibaşlı vəhşi heyvan dünyanın siyasi sistemini təmsil edir.

  • Vəhşi heyvana güc, taxt və böyük hakimiyyət verilməsi onun siyasi sistem olduğunu göstərir (Vəhy 13:2).

  • O, «hər bir qəbilə, xalq, dil və millət üzərində» hökmranlıq edir. Bu səbəbdən o yalnız bir hökumətə aid edilə bilməz (Vəhy 13:7).

  • O, Daniel 7:2—8 ayələrində təsvir edilən dörd heyvanın müəyyən cəhətlərini özünə daxil edir: görünüşcə bəbirə oxşayır, pəncəsi ayı pəncəsindən, ağzı isə şir ağzındandır, üstəlik, onun on buynuzu var. Danielin görüntüsündəki bu heyvanlar konkret padşahları, yəni bir-birini əvəz edərək hökmranlıq edən siyasi padşahlıqları təmsil edir (Daniel 7:17, 23). Deməli, Vəhy 13-cü fəsildəki vəhşi heyvan çoxtərkibli siyasi təşkilatın rəmzidir.

  • Heyvan «dənizdən», yəni insan hökumətlərinin mənbəyi olan coşğun bəşər kütlələrindən çıxır (Vəhy 13:1; Yeşaya 17:12, 13).

  • Müqəddəs Kitabda deyilir ki, vəhşi heyvanın rəqəmi, yəni adı — 666 — «insan rəqəmidir» (Vəhy 13:17, 18). Bundan belə çıxır ki, Vəhy 13-cü fəsildəki vəhşi heyvan insani məxluqdur, cin və ya ruhani məxluq deyil.

Millətlər arasında fikirayrılıqları çox olsa da, onlar Allahın Padşahlığına boyun əyməmək, öz hakimiyyətlərini qoruyub saxlamaq niyyətlərində yekdildirlər (Məzmur 2:2). Onlar Har-Magedonda İsa Məsihin başçılıq edəcəyi Allahın ordusuna qarşı vuruşmaq üçün qüvvələrini birləşdirəcəklər. Lakin bu döyüşün nəticəsi indidən bəllidir — millətlər tam məğlubiyyətə uğrayacaqlar (Vəhy 16:14, 16; 19:19, 20).

On buynuz və yeddi baş

Müəyyən rəqəmlər Müqəddəs Kitabda məcazi mənada işlənə bilər. Məsələn, on və yeddi rəqəmləri tamlığı bildirir. Vəhy 13-cü fəsildəki vəhşi heyvanın on buynuzunun və yeddi başının mənasını başa düşmək üçün gərək biz elə həmin kitabda yazılan yeddibaşlı, onbuynuzlu al-qırmızı «vəhşi heyvanın surəti»nin nəyi təmsil etdiyini bilək (Vəhy 13:1, 14, 15; 17:3). Müqəddəs Kitabda deyilir ki, bu qırmızı vəhşi heyvanın yeddi başı «yeddi padşahı [yəni yeddi hökuməti] təmsil edir» (Vəhy 17:9, 10).

Buna bənzər tərzdə, Vəhy 13:1 ayəsindəki vəhşi heyvanın yeddi başı yeddi hökuməti — tarix ərzində hegemonluq edən və Allahın xalqına zülm verən imperiyaları təmsil edir. Bunlar Misir, Assuriya, Babil, Midiya-Fars, Yunanıstan və İngiltərə-Amerika imperiyalarıdır. On buynuzun bütün böyük və kiçik suveren dövlətləri təmsil etdiyini nəzərə alsaq, onda hər buynuzun üzərindəki tac hər dövlətin dövrün əsas imperiyası ilə eyni vaxtda hökmranlıq etdiyini göstərir.