Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın üç sifətdə olması həqiqətə uyğundurmu?

Allahın üç sifətdə olması həqiqətə uyğundurmu?

Müqəddəs Yazıların cavabı

Bir çox xristian məzhəbləri Tanrının üç sifətdə olduğunu öyrədir. Amma görün «Britaniya Ensiklopediyası»nda bu haqda nə deyilir: «Əhdi Cədidin heç bir yerində “Üç üqnum” sözü işlənmir, eləcə də bu haqda aydın şəkildə ifadə olunmuş heç bir ehkam yoxdur... Bu təlim bir neçə əsr ərzində inkişaf etdirilmiş və çoxlu mübahisələrə səbəb olmuşdur» («Encyclopædia Britannica»).

Əslində Müqəddəs Yazıların heç bir hissəsində Allahın üç sifətdə və ya Üç üqnum olduğu deyilmir. Aşağıdakı ayələr bu haqda həqiqəti açıqlayır:

«Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» (Tövrat, Qanunun təkrarı 6:4).

«Bilsinlər ki, Sənin ismin Rəbdir, bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» (Zəbur, Məzmur 83:18).

«Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (İncil, Yəhya 17:3).

«Allah isə təkdir» (İncil, Qalatiyalılara 3:20).

Bəs nəyə görə xristian məzhəbləri Allahın üç sifətdə olduğunu deyirlər?