Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Təbii fəlakətlər Allahın cəzasıdırmı?

Təbii fəlakətlər Allahın cəzasıdırmı?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazılarda bu gün baş verən təbii fəlakətlərin səbəbkarının Allah olduğu deyilmir. Müqəddəs Yazılardan göründüyü kimi, Allahın hökmü ilə təbii fəlakətlər arasında böyük fərq var.

  1. Allah ucdantutma hamını qırmır. Allahın Kəlamında deyilir: «İnsan zahirə, Rəbb isə ürəyə baxar» (Peyğəmbərlərin kitabı, 1 Şamuel 16:7).
  2. Yehova Allah insanların ürəyini görür və yalnız tövbə etməyən pisləri məhv edir (Tövrat, Yaradılış 18:23—32).
  3. Allah əvvəlcədən insanları xəbərdar edir ki, Ona qulaq asanların xilas olmaq imkanı olsun.

Təbii fəlakətlər isə demək olar ki, həmişə qəfildən baş verir və istənilən insanın həyatına son qoya və ya onu şikəst edə bilər. Müəyyən mənada təbii fəlakətlərin daha da dağıdıcı olmasında insanların özləri günahkardır, çünki onlar təbiəti məhv edir, eləcə də seysmik zonalarda, daşqınlar baş verən və kəskin iqlimi olan ərazilərdə tikinti işləri aparırlar.