Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Surət və rəmzlərə ibadət etmək düzgündür?

Surət və rəmzlərə ibadət etmək düzgündür?

Müqəddəs Yazıların cavabı

Xeyr. Allahın İsrail xalqına verdiyi qanunlara «Yeni katolik ensiklopediyası»nda belə şərh verilir: «Müqəddəs Kitabın bir çox ayələrindən bəlli olur ki, Allaha edilən əsil ibadətdə heç vaxt surət və rəmzlərdən istifadə olunmayıb». Həmin ayələrin bəzilərinə diqqət yetirək:

  • «Özün üçün heç bir oyma büt, nə yuxarıda — səmada və ya aşağıda — yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham» (Çıxış 20:4, 5). Allah «qısqanc» Allahdır, yəni istəyir ki, biz yalnız və yalnız Ona ibadət edək, buna görə də kiminsə surət, rəmz, büt və ya ikona qarşısında səcdə qılması Allahın qətiyyən xoşuna gəlmir.

  • «Öz izzətimi heç kimə vermərəm, həmdlərimi bütlərə bəxş etmərəm» (Yeşaya 42:8). Allah surətlər vasitəsilə Ona edilən ibadəti rədd edir. Məsələn, bəzi israillilər dana heykəli düzəldib onun vasitəsilə ibadət etmək istəyəndə Allah onların bu hərəkəti barədə belə dedi: «[Xalq] öz əxlaqını pozdu» (Çıxış 32:7—9).

  • «Biz... İlahi Varlığın insan zəkası və ustalığı ilə qızıldan, gümüşdən düzəldilmiş və ya daşdan yonulmuş bir şeyə bənzədiyini düşünməməliyik» (Həvarilərin işləri 17:29). «İnsan zəkası və ustalığı ilə» düzəldilmiş bütlərə sitayiş edilən bütpərəst dinlərdən fərqli olaraq, Allah Müqəddəs Kitab vasitəsilə bizə «görünən şeylərə yox, imana əsaslanaraq» yaşamağı buyurur (2 Korinflilərə 5:7).

  • «Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21). Allahın Müqəddəs Kitabda həm İsrail xalqına, həm də müasir xidmətçilərinə verdiyi qanunlar dönə-dönə göstərir ki, Ona büt, surət və ya ikona vasitəsilə ibadət etmək düzgün deyil.

 

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri xaça ibadət etmirlər?

Biz İsa Məsihin davamçıları olsaq da, xaça ibadət etmirik. Nəyə görə?

İsa Məsih xaç üzərində edam edilib?

Əksər insanlar xaçı məsihçiliyin rəmzi hesab edir. Ondan ibadətdə istifadə etmək düzgündür?