Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab reinkarnasiya təlimini dəstəkləyirmi?

Müqəddəs Kitab reinkarnasiya təlimini dəstəkləyirmi?

Müqəddəs Yazıların cavabı

Xeyr. Müqəddəs Kitabın heç bir yerində «reinkarnasiya» sözünə rast gəlinmir. Reinkarnasiya ruhun ölməzliyi təliminə əsaslanır. Müqəddəs Kitabda isə açıqlanır ki, insan torpaqdan yaranıb və öləndə mövcudluğuna son qoyur (Yaradılış 2:7; Hizqiyal 18:4). İnsanın daxilində o öldükdən sonra yaşamağa davam edən heç nə yoxdur (Yaradılış 3:19; Vaiz 9:5, 6).

Reinkarnasiya ilə dirilmə arasında fərq nədədir?

Müqəddəs Kitabda yazılmış dirilmə təlimi ölməz ruh təliminə əsaslanmır. Dirilmə vaxtı gəlib çatanda ölən insanlar Allahın gücü ilə həyata qayıdacaqlar (Mətta 22:23, 29; Həvarilərin işləri 24:15). Dirilmə ölmüş insanların bir daha ölməmək şərtilə yeni dünyada dirilmələri ilə bağlı gözəl ümiddir (2 Butrus 3:13; Vəhy 21:3, 4).

Reinkarnasiya və Müqəddəs Kitab haqda yanlış fikirlər

Səhv. Müqəddəs Kitabda deyilir ki, İlyas peyğəmbər reinkarnasiya olub Vəftizçi Yəhyada bədənlənib.

Doğru. Allah peyğəmbərlik etmişdi: «İlyas peyğəmbəri yanınıza göndərəcəyəm». İsa Məsih bu peyğəmbərliyin vəftizçi Yəhya üzərində yerinə yetdiyini göstərmişdi (Məlaki 4:5, 6; Mətta 11:13, 14). Amma bu demək deyil ki, İlyas peyğəmbər reinkarnasiya olub Vəftizçi Yəhyada bədənlənib. Yəhya özü də demişdi ki, o, İlyas deyil (Yəhya 1:21). Sadəcə İlyas peyğəmbər kimi, Vəftizçi Yəhya da insanlara Allahın xəbərini çatdırıb, onları tövbəyə çağırırdı (1 Padşahlar 18:36, 37; Mətta 3:1). Yəhya həmçinin «İlyas peyğəmbər kimi, gücə və hörmətə» sahib idi (Luka 1:13—17, «Good News Translation»).

Səhv. Müqəddəs Kitabda reinkarnasiya «yenidən doğulmaq» ifadəsi kimi verilir.

Doğru. Müqəddəs Kitabda yazılan yenidən doğulmaq insan sağ ikən ruhani mənada yenidən doğulmağını nəzərdə tutur (Yəhya 1:12, 13). Bu yenidən doğulma keçmiş hərəkətlərin qaçılmaz nəticəsi deyil, əksinə gələcək ümidinə malik olan insanlara Allahın verdiyi ənamdır (Yəhya 3:3; 1 Butrus 1:3, 4).

Əlavə məlumat

İnsan öləndə nə baş verir?

Ölən insanın ətrafda baş verənlərdən xəbəri var?