Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Hansı iki səbəbə görə Allah duaları qəbul etmir?

Hansı iki səbəbə görə Allah duaları qəbul etmir?

Müqəddəs Yazıların cavabı

Elə dualar var ki, onlar Allah tərəfindən qəbul edilmir. Gəlin bunun iki səbəbini nəzərdən keçirək.

1. Duadakı xahişlər Allaha məqbul deyil

Allah Öz Kəlamındakı tələblərə zidd olan dualara cavab vermir (İncil, 1 Yəhya 5:14). Məsələn, Onun Kəlamında bizdən tələb olunur ki, tamahkarlıqdan uzaq duraq. Adətən qumar oyunları insanda tamah oyadır (İncil, 1 Korinflilərə 6:9, 10). Deməli, əgər kimsə qumarda udmaq üçün Allahdan kömək diləyirsə, onun duası cavabsız qalacaq. Bir fikirləşin: əgər Allah belə dualara cavab versəydi, onda dünyada nələr baş verərdi (İncil, Yaqub 4:3).

2. Allaha tabe olmayan insanların duası

Allah Ona tabe olmayan insanların duasını qəbul etmir. Məsələn, bir dəfə Allah Ona qarşı üsyan edən xalqa belə sözlər demişdi: «Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur» (Yeşaya 1:15). Əgər əlləri qana batmış bu insanlar pis yollarından dönsəydilər, onların duaları mütləq qəbul ediləcəkdi (Yeşaya 1:18).