Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Pul problemi və borc — Müqəddəs Kitab kömək edə bilərmi?

Pul problemi və borc — Müqəddəs Kitab kömək edə bilərmi?

Müqəddəs Yazıların cavabı

Bəli, bilər. Müqəddəs Kitabın növbəti dörd prinsipi sizə pul problemlərinin öhdəsindən gəlməyə kömək edəcək:

  1. Xərclərinizi planlaşdırın. «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Süleymanın məsəlləri 21:5). Sadəcə endirimdə olduğu üçün nəyisə almağa tələsməyin. Büdcə tərtib edin və ona riayət edin.

  2. Yersiz borca girməyin. «Borclu adam borc verənə qul olar» (Süleymanın məsəlləri 22:7). Əgər siz artıq borca girmisinizsə və onu söz verdiyiniz vaxtda qaytara bilmirsinizsə, borc yiyəsindən vaxtı uzatmağı xahiş edin. Və bunu israrla edin. Borcun ödəniləcəyinə düşünmədən zamin durmaqla üzərinə məsuliyyət götürən kəslərə ünvanlanan Müqəddəs Kitab məsləhətinə əməl edin: «Get onun ayağına düş, yalvar-yaxar. Qoy gözünə yuxu getməsin, kirpiklərin ağırlaşmasın» (Süleymanın məsəlləri 6:1—5). İlk cəhdiniz boşa çıxıbsa, borc yiyəsini müəyyən güzəştlər etməsi üçün dilə tutmağa davam edin.

  3. Pulun qulu olmayın. «Xəsis var-dövlət ardınca düşər, bilmədən yoxsulluğa yetişər» (Süleymanın məsəlləri 28:22). Paxıllıq və tamahkarlıq nəinki insanı pul sarıdan çətinliyə sala, hətta həyatından ruhani şeyləri sıxışdırıb çıxara bilər.

  4. Olanınızla kifayətlənin. «Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik» (1 Timoteyə 6:8). Xoşbəxtliyi və məmnunluğu pulla almaq mümkün deyil. Dünyada varlı olmayan, amma xoşbəxt olan o qədər insan var ki! Bu insanların ən böyük sərvəti doğmalarının və dostlarının sevgisi, Allahla dostluq münasibətləridir (Süleymanın məsəlləri 15:17; 1 Peter 5:6, 7).