Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı ürəyimizdədir?

Allahın Padşahlığı ürəyimizdədir?

Müqəddəs Yazıların cavabı

Xeyr. Allahın Padşahlığı məsihçilərin ürəyinin vəziyyəti deyil *. Müqəddəs Kitab bu Padşahlığı «səmavi padşahlıq» adlandıraraq onun konkret bir yeri olduğunu göstərir (Matta 4:17). Gəlin Müqəddəs Kitabın bu Padşahlığın göydən idarə etdiyini göstərən sübutlara baxaq.

  • Allahın Padşahlığının hakimləri, vətəndaşları və qanunları var. Bundan başqa, bu hökumət Allahın iradəsini həm yerdə, həm də göydə yerinə yetirmək səlahiyyətinə sahibdir (Matta 6:10; Vəhy 5:10).

  • Allahın hökuməti, yəni Padşahlığı yer üzündəki xalqlar, millətlər üzərində hökmranlıq edəcək (Daniel 7:13, 14). Padşahlığa bu səlahiyyəti vətəndaşları yox, Allah verib (Məzmur 2:4—6; Yeşaya 9:7).

  • İsa Məsih sadiq həvarilərinə göydəki Padşahlıqda onunla birgə «taxtda» oturacaqlarını demişdi (Luka 22:28, 30).

  • Bu Padşahlığın düşmənləri var, amma bu hökumət onların hamısını məhv edəcək (Məzmur 2:1, 2, 8, 9; 110:1, 2; 1 Korinflilərə 15:25, 26).

Müqəddəs Kitab səmavi Padşahlığın insanın ürəyi vasitəsilə idarə etdiyini öyrətmir. Lakin orada deyilir ki, «padşahlıq haqqındakı [söz]» və ya «Padşahlıq haqqındakı... xoş xəbər» ürəklərimizə təsir edə bilər və hətta etməlidir də (Matta 13:19; 24:14).

«Allahın Padşahlığı sizin içinizdədir» ifadəsi nə deməkdir?

Luka 17:21 ayəsinin müxtəlif Müqəddəs Kitab tərcümələrindəki yazılışı bəzilərində Padşahlığın harada olduğu ilə bağlı çaşqınlıq yaradıb. Misal üçün, bir tərcümədə bu ayə belə səslənir: «Allahın Səltənəti [Padşahlığı] sizin içinizdədir» (İncil—1996). Bu ayəni düzgün başa düşmək üçün onun kontekstinə nəzər salmaq lazımdır.

İsa bu sözləri fəriseylərə demişdi. Bu din xadimləri İsaya düşmən kəsilmiş və ona qarşı sui-qəsd hazırlayırdılar (Matta 12:14; Luka 17:20). Heç bu Padşahlıq onların inadkar, tərs ürəklərinin vəziyyəti ola bilər? Görün İsa Məsih onlara nə demişdi: «Daxildən riyakarlıq və qanunsuzluqla dolusunuz» (Matta 23:27, 28).

Digər tərcümələrdə İsanın Luka 17:21 ayəsindəki sözləri aydın tərcümə edilib: «Allahın padşahlığı aranızdadır» («Yeni Dünya Tərcüməsi»). Allahın seçdiyi Padşah İsa Məsih fəriseylərin qarşısında durduğu üçün demək olardı ki, Padşahlıq onların arasındadır (Luka 1:32, 33).

^ abz. 3 Bir çox xristian məzhəbləri Allahın Padşahlığının insanın daxilində və ya ürəyində olduğunu öyrədir. Misal üçün, ABŞ-ın Cənub Baptist Konvensiyası iddia etmişdi ki, Allahın Padşahlığı müəyyən mənada «Allahın insanın ürəyində və həyatında hökmranlıq etməsi deməkdir». Papa XVI Benedikt isə yazdığı kitabda belə demişdi: «Allahın Padşahlığı dinləyən ürəklər vasitəsilə gəlir» («Jesus of Nazareth»).

Əlavə məlumat

Allahın Padşahlığı nədir?

Allahın hökumətinin bütün başqa hökumətlərdən nəyə görə fərqləndiyini öyrənin.