Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə yəhudilərin soyqırımı baş verdi? Allah niyə bunun qarşısını almadı?

Nəyə görə yəhudilərin soyqırımı baş verdi? Allah niyə bunun qarşısını almadı?

Bu sualları verən bir çox insanlar özləri böyük itkilər verib və onlar nəinki cavab axtarırlar, həm də onların təsəlliyə ehtiyacı var. Digərləri isə yəhudilərin soyqırımı olan Holokosta insanlığın törətdiyi ən böyük cinayət kimi baxırlar. Buna görə də onlar Allaha inanmaqda çətinlik çəkir.

Allah və Holokost haqda geniş yayılmış yanlış fikirlər

Yalan. Allahın nə üçün bu soyqırıma yol verdiyini soruşmaq qəbahətdir.

Həqiqət. Allahın nə üçün pisliklərə yol verdiyi sualını böyük iman sahibi olan insanlar da vermişdi. Onlardan biri Habaqquq peyğəmbər idi. O, Allahdan soruşmuşdu: «Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var» (Habaqquq 1:3). Allah Habaqququ tənbeh etmədi, əksinə, onun suallarının Müqəddəs Kitabda qələmə alınmasının qeydinə qaldı ki, hamı oxuya bilsin.

Yalan. İnsanların əziyyət çəkməsi Allahın vecinə deyil.

Həqiqət. Allah-Taala pisliyə nifrət edir və insanların əzab çəkməsini istəmir (Süleymanın məsəlləri 6:16—19). Nuhun günlərində Allah yer üzündə zorakılığın baş alıb getdiyini görəndə «ürəyində kədərləndi» (Yaradılış 6:5, 6). Şübhəsiz, Allah yəhudilərin soyqırımına görə də ürəyində şiddətli ağrı hiss edirdi (Malaki 3:6).

Yalan. Holokost Allahın yəhudilərə verdiyi cəza idi.

Həqiqət. Birinci əsrdə romalıların Yerusəlimi viran qoyması Allahın izni ilə baş vermişdi (Matta 23:37—24:2). Ancaq o vaxtdan bəri Allah heç bir xalqa nə lütf göstərir, nə də cəzalandırır. Allahın gözündə yəhudilərlə qeyri-yəhudilər arasında heç bir fərq yoxdur (Romalılara 10:12).

Yalan. Əgər məhəbbətli və hər şeyə qadir Allah mövcud olsa idi, Holokostun qarşısını alardı.

Həqiqət. Allah heç vaxt insanlara əzab verməsə də, bəzən müvəqqəti olaraq bu kimi şeylərə yol verir (Yaqub 1:13; 5:11).

Nəyə görə Allah Holokostun baş verməsinə yol verdi?

Allahın əzab-əziyyətlərə yol verməsinin səbəbi var. Holokost da bu səbəbə görə baş vermişdi. Müqəddəs Kitabda aydın şəkildə göstərilir ki, dünyanı Allah yox, İblis idarə edir (Luka 4:1, 2, 6; Yəhya 12:31). Bu mövzuya əlavə edilən məqalədə Allahın əzablara nə üçün yol verdiyi ətraflı izah edilsə də, gəlin Müqəddəs Kitabdan Allahın Holokosta nəyə görə yol verdiyini göstərən iki səbəbi araşdıraq.

  1. Holokost kimin ucbatından baş verib? Allah Adəmlə Həvvaya açıq şəkildə bildirmişdi ki, onlardan nə tələb edir, amma onları Özünə itaət etməyə məcbur etmirdi. Tarix ərzində yaşayan bir çox insanlar kimi, onlar da nəyin yaxşı, nəyin pis olduğunu özləri qərar verməyi seçdilər və onların bu qərarı bəşəriyyətin başına çoxlu bəlalar açdı (Yaradılış 2:17; 3:6; Romalılara 5:12). «Konservativ iudaizmin prinsipləri haqda müddəa» adlı kitabda deyilir: «Dünyadakı əzab-əziyyətlərin böyük qismi bir başa olaraq bizə bəxş edilən iradə azadlığından sui-istifadə edilməsinin nəticəsidir» («Statement of Principles of Conservative Judaism»). İnsanları iradə azadlığından məhrum etmək əvəzinə, Allah onlara bir müddət Ondan müstəqil yaşamağa icazə verib.

  2. Allah Holokostun vurduğu bütün zərəri aradan qaldırmağa qadirdir və bunu istəyir. Holokostun qurbanları da daxil olmaqla, Allah ölmüş milyonlarla insanları dirildəcəyini vəd edir. O həmçinin Holokostdan sağ çıxanların dəhşətli xatirələr ucbatından çəkdikləri ağrı-acını da aradan qaldıracaq (Yeşaya 65:17; Həvarilərin işləri 24:15). Allahın bəşəriyyətə olan məhəbbəti bütün bu vədlərin yerinə yetirəcəyinə zəmanətdir (Yəhya 3:16).

Holokostdan zərər çəkənlərin bir çoxu imanlarını qoruya bilmişlər və həyatın mənasını tapmışlar, çünki onlar Allahın pisliyə nə üçün yol verdiyini və onu necə aradan qaldıracağını öyrəniblər.