Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab cinsi yaxınlıqdan həzz duymağı qadağan edir?

Müqəddəs Kitab cinsi yaxınlıqdan həzz duymağı qadağan edir?

Müqəddəs Yazıların cavabı

Əksinə, Müqəddəs Kitabda göstərilir ki, bu, evli insanlara Allahın bəxş etdiyi nemətdir. Yaradan insanı «kişi və qadın» olaraq xəlq etdi və yaratdıqlarına nəzər salıb «çox yaxşı» olduğunu söylədi (Yaradılış 1:27, 31). Sonra Allah ilk kişi və qadını nikah telləri ilə birləşdirərək dedi ki, onlar «bir bədən» olmalıdırlar (Yaradılış 2:24). Bu nikahdaxili münasibətlərə emosional bağlılıqla yanaşı, cinsi yaxınlıqdan həzz duymaq da daxil idi.

Müqəddəs Kitabda ərin nikahda duyduğu məmnunluq hissi bu sözlərlə verilir: «Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!.. Həmişə səni öz döşləri ilə doydursun, onun eşqi ilə məst ol» (Süleymanın məsəlləri 5:18, 19). Allahın niyyətinə arvadın da bu yaxınlıqdan həzz alması daxil idi. Müqəddəs Yazılarda deyilir: «Qoy ər arvadının, arvad da ərinin ehtiyacını ödəsin» (1 Korinflilərə 7:3).

Allahın qoyduğu məhdudiyyətlər

Allahın gözündə cinsi əlaqə ancaq ər-arvad arasında caizdir. Onun Kəlamında buyrulur: «Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkələnməsin, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbranilərə 13:4). Ər-arvadlar bir-birlərinə qarşı sədaqətli olmalı və nikah andına sadiq qalmalıdırlar. Onlara böyük həzz verən xudbin hisslərini acgözlüklə təmin etmələri yox, Allahın Kəlamındakı «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» prinsipinə uyğun davranmalarıdır (Həvarilərin işləri 20:35).