Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab homoseksualizm barədə nə deyir?

Müqəddəs Kitab homoseksualizm barədə nə deyir?

Müqəddəs Yazıların cavabı

İnsanın Yaradanı olan Allahın niyyətinə görə, seks yalnız rəsmi nikahları olan kişi ilə qadın arasında yolveriləndir (Yaradılış 1:27, 28; Levililər 18:22; Süleymanın məsəlləri 5:18, 19). Allahın Kəlamında evli olmayan kişi ilə qadının, eləcə də eynicinsli insanların cinsi əlaqədə olması mühakimə edilir (1 Korinflilərə 6:18). Bura digər insanın cinsiyyət orqanlarını sığallamaq, o cümlədən oral və anal seks də daxildir.

Müqəddəs Yazılarda homoseksualizm mühakimə edilsə də, həmin insanlara nifrət etməli olduğumuz deyilmir. Allah Öz xidmətçilərini «hamıya hörmət [etməyə]» səsləyir (1 Peter 2:17, İncil, 1996).

İnsan homoseksualyönümlü doğula bilər?

Müqəddəs Kitabda homoseksualizmin təbiəti müzakirə edilmir, lakin orada deyilir ki, bütün insanlar Allahın əmrlərinə zidd davranmaq meyili ilə doğulur (Romalılara 7:21—25). Müqəddəs Kitab diqqəti homoseksual arzuların səbəblərinin müzakirəsinə yönəltmir, əksinə, bu kimi əməlləri qadağan edir.

Öz cinsinə meyil salan insan Allahı necə razı sala bilər?

Müqəddəs Kitabda deyilir: «Cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa... meyilləri öldürün» (Koloslulara 3:5). Pis hərəkətlərə səbəb olan pis arzuları öldürmək üçün insan gərək fikirlərinə nəzarət etsin. Əgər o, hər zaman ləyaqətli, təmiz şeylər barədə düşünsə, pis arzulardan azad ola bilər (Filipililərə 4:8; Yaqub 1:14, 15). Əvvəl-əvvəl bunu etmək çox çətin olsa da, sonradan asanlaşacaq. Allah söz verir ki, bu cür mübarizə aparan insana əqlini «hərəkətə gətirən qüvvə» ilə yeniləşməyə kömək edəcək (Efeslilərə 4:22—24).

Heteroseksual meyilləri olan milyonlarla insanlar da eyni mübarizəni aparmalı olurlar. Məsələn, ailə qurmaq şansları bir o qədər yüksək olmayan, yaxud da cinsi əlaqədə ola bilməyən insanla evli olan kəslər şirnikdirici təsirlərə baxmayaraq, öz cinsi istəklərini nəzarət altında saxlayırlar. Bununla belə, onlar xoşbəxtdirlər. Öz cinsinə meyilli olanlar Allahı, həqiqətən də, razı salmaq istəyirlərsə, onlardan ibrət götürə bilərlər (Qanunun təkrarı 30:19).