Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Depressiyadayamsa, Müqəddəs Kitabın mənə köməyi dəyə bilərmi?

Depressiyadayamsa, Müqəddəs Kitabın mənə köməyi dəyə bilərmi?

Müqəddəs Yazıların cavabı

Bəli, bilər, çünki ən yaxşı kömək «üzüntülü olanlara təsəlli verən Allah»dan gəlir (2 Korinflilərə 7:6, İncil—1993)

Depressiyada olanlara Allah necə dayaq olur?

  • Taqət verməklə. Allah problemlərinizi aradan qaldırmaqla yox, onlara tab gətirmək üçün güc istədiyiniz dualara cavab verməklə təsəlli verir (Filipililərə 4:13). Əmin ola bilərsiniz ki, O, sizi dinləməyə həmişə hazırdır, çünki Müqəddəs Kitabda deyilir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18). Hətta ürəyinizdən keçənləri ifadə edə bilməsəniz də, Allah sizin fəryadınızı eşidir (Romalılara 8:26, 27).

  • Başqalarının nümunələri ilə. Müqəddəs Kitabı yazanlardan biri Allaha dua edirdi: «Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm». Bu məzmurçu Allahın bizim günahlarımızı bağışladığını və bununla da bizi vicdan əzabından qurtardığını özünə xatırlatmaqla depressiya ilə mübarizə aparırdı. O, Allaha demişdi: «Bizim təqsirlərimizi siyahıya alsan, bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan, ona görə hamı Səndən çəkinir» (Məzmur 130:1, 3, 4).

  • Ümid verməklə. Bizə təsəlli verməklə yanaşı, Allah vəd edir ki, depressiyaya səbəb olan bütün amilləri gələcəkdə aradan qaldıracaq. Onun bu vədi həyata keçəndə «əvvəlki işlər [depressiya da daxil olmaqla] bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17).

Qeyd: Allahdan kömək istəməklə yanaşı, Yehovanın Şahidləri klinik depressiya kimi xəstəliklərin müalicəsi üçün həkimlərə müraciət edirlər (Mark 2:17). Ancaq biz hər hansı bir müalicə üsulu təklif etmirik. Biz hesab edirik ki, bu kimi məsələlərdə hər kəs özü qərar verməlidir.

 

 

 

 

Əlavə məlumat

OYANIN!

Yaşamağa dəyərmi?

İnsanı ölümə dost gözü ilə baxmağa nə vadar edə bilər?