Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa Məsihin həyatını qurban verməsi «çoxları uğrunda» necə fidyə oldu?

İsa Məsihin həyatını qurban verməsi «çoxları uğrunda» necə fidyə oldu?

Müqəddəs Yazıların cavabı

İsa Məsihin fidyə qurbanlığı Allahın bəşəriyyəti günah və ölümdən xilas etmək tədbiridir. Müqəddəs Kitabda deyilir ki, İsa Məsihin qanının tökülməsi ilə fidyə ödənildi (Efeslilərə 1:7; 1 Butrus 1:18, 19). Beləliklə, İsa demişdi ki, o, «bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mətta 20:28).

Nəyə görə insanların fidyəyə ehtiyacı var idi?

Ulu atamız Adəm kamil yaradılmışdı, yəni günahsız idi. O, əbədi yaşamalı idi, ancaq Allaha itaət etməməyi seçdiyi üçün əbədi həyatı itirdi (Yaradılış 3:17—19). Uşaqları olanda o, günahın əlamətlərini onlara da ötürdü (Romalılara 5:12). Misal üçün, Müqəddəs Kitabda göstərilir ki, Adəm həm özünü, həm də uşaqlarını günah və ölümə satdı (Romalılara 7:14). Günahlı olduqları üçün onların heç biri Adəmin itirdiyini geri qaytara bilmədi (Zəbur 49:7, 8).

Allah Adəmin nəslinin çarəsizliyini görüb onlara rəhm etdi (Yəhya 3:16). Allahın ədalət hissi yol vermir ki, O, əsaslı səbəb olmadan günahı bağışlasın və ya ona göz yumsun (Zəbur 89:14; Romalılara 3:23—26). Yehova insanları sevdiyi üçün onların günahını nəinki bağışladı, həmçinin aradan qaldırmaq üçün hüquqi əsas təşkil etdi (Romalılara 5:6—8). Fidyə hüquqi əsasa söykənir.

Fidyənin faydası

Müqəddəs Kitabda istifadə olunan «fidyə» sözü özünə aşağıdakı üç məqamı daxil edir:

  1. Dəyəri ödəmək (Saylar 3:46, 47).

  2. Azad etmək və ya əvəzini ödəmək (Çıxış 21:30).

  3. Vurulan zərəri tam şəkildə ödəmək *.

İndi isə gəlin İsa Məsihin fidyə qurbanlığının bu üç məqamı özünə necə daxil etdiyini araşdıraq.

  1. Dəyəri ödəmək. Müqəddəs Kitabda deyilir ki, məsihilər baha qiymətə alınıblar (1 Korinflilərə 6:20; 7:23). Bu qiymət İsa Məsihin tökülən qanıdır. Bunun sayəsində o, «hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan insanları... Allah üçün satın [aldı]» (Vəhy 5:8, 9).

  2. Azad etmək. İsa peyğəmbərin ölümü sayəsində günahdan «fidyə vasitəsilə azad» olduq (1 Korinflilərə 1:30; Koloslulara 1:14; İbranilərə 9:15).

  3. Vurulan zərəri ödəmək. İsa Məsihin fidyə qurbanlığı Adəmin vurduğu zərəri tam şəkildə ödədi, yəni itirdiyi kamil insan həyatını geri qazandı (1 Korinflilərə 15:21, 22, 45, 46). Müqəddəs Kitabda deyilir: «Bir nəfərin [Adəmin] itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi, bir şəxsin [İsa Məsihin] itaəti də çoxlu insanı saleh edəcək» (Romalılara 5:19). Bu ayədən bir nəfərin ölümünün çoxlu günahkarlar üçün necə fidyə olduğunu görmək olar. İsa Məsih canını, «müvafiq bir fidyə kimi, hamıdan ötrü» — fidyədən fayda əldə etmək üçün ciddi addımlar atan kəslər üçün verdi (1 Timutiyə 2:5, 6).

^ abz. 11 Müqəddəs Kitabın orijinal mətnində «fidyə» sözü vurulan zərərin əvəzini ödəmək və ya kimisə azad etmək üçün fidyə vermək mənasını verir. Məsələn, ibrani feli olan «kafar», əsasən, «örtmək» mənasını daşıyır. Bu söz, adətən, günahı örtmək kimi istifadə olunur (Zəbur 65:3). Həmin sözün isim forması olan «kofer» isə, vurulan zərəri örtmək və ya əvəzini ödəmək mənasını daşıyır (Çıxış 21:30). Eynilə də, yunan sözü olan «litron», adətən, «fidyə» kimi tərcümə olunur, həmçinin «azad etmək üçün ödənilən məbləğ» və ya «satın alma» mənasında da işlənə bilər (Mətta 20:28; Müqəddəs Kitab, 2009). Yunan yazıçıları bu ifadəni müharibə zamanı əsirlikdə olan kəsi və ya nökəri azad etmək üçün verilən fidyə kimi istifadə ediblər.