Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa Məsihi «Allah» hesab etmək düzgündürmü?

İsa Məsihi «Allah» hesab etmək düzgündürmü?

Müqəddəs Yazıların cavabı

İsa peyğəmbərə qarşı çıxanlar onu özünü Allaha tay tutmaqda ittiham edirdilər (İncil, Yəhya 5:18; 10:30—33). Amma İsa Məsih heç vaxt özünü Allaha bərabər tutmurdu. Əksinə, o demişdir ki, Allah «məndən böyükdür» (İncil, Yəhya 14:28).

İsanın ən birinci davamçıları da onu Allaha tay tutmurdular. Məsələn, onlardan biri, həvari Pavel yazır ki, İsa Məsih Allahın dərgahına qaldırılanda «Allah onu daha yüksək mövqeyə ucaltdı». Aydın göründüyü kimi o da İsa Məsihin Allah və ya Allaha bərabər bir şəxs olduğunu inanmırdı. Əgər İsa Məsih artıq Allah olsaydı, bundan da yüksək mövqeyə onu necə qaldırmaq olardı? (İncil, Filipililərə 2:9).