Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə İsa Məsih Allahın Oğlu adlanır?

Nəyə görə İsa Məsih Allahın Oğlu adlanır?

Müqəddəs Yazıların cavabı

Allah nə doğulub, nə də ki doğmur. Həyatı hamıya bəxş edən Odur (İncil, Vəhy 4:11). Məhz buna görə Allah tərəfindən yaradılan ilk insan Adəm «Allahın oğlu» adlanır (İncil, Luka 3:38). Eynilə Müqəddəs Yazılarda İsa Məsihin də Allah tərəfindən yaradıldığı qeyd olunur. Bu səbəbdən də İsa Məsih «Allahın Oğlu» adlanır (İncil, Yəhya 1:49).

Allah İsanı Adəmdən öncə yaradıb. Allahın Kəlamında İsa Məsih haqqında belə sözlər yazılıb: «O, gözəgörünməz Allahın inikası, bütün xilqətin ilkidir» (İncil, Koloslulara 1:15). İsa Məsihin həyatı yer üzünə gəlməzdən çox-çox əvvəl başlayıb. Müqəddəs Yazılarda deyilir ki, «onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir» (Peyğəmbərlərin kitabı, Mikeya 5:2). Allah tərəfindən yaradılan ilk Oğlu olduğu üçün İsa Məsih yer üzündə gəlməzdən əvvəl Allahın dərgahında bir mələk idi. O özü də göydən gəldiyini təsdiq etmişdi (İncil, Yəhya 6:38; 8:23).