Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İnsan niyə ölür?

İnsan niyə ölür?

Müqəddəs Yazıların cavabı

İnsanların bu sualla maraqlanması təbiidir, xüsusilə əzizlərini itirəndə. Müqəddəs Kitab deyir: «Ölüm doğuran neştər günahdır» (1 Korinflilərə 15:56).

Nəyə görə hamı günah işlədir və ölür?

İlk insanlar olan Adəmlə Həvva Allahın sözündən çıxdıqları üçün həyatlarını itirdilər (Yaradılış 3:17—19). Ölüm onların «həyat mənbəyi» olan Allaha qarşı üsyan qaldırmalarının nəticəsi idi (Məzmur 36:9; Yaradılış 2:17).

Adəm qüsur olan bu günahı bütün nəslinə ötürdü. Müqəddəs Kitabda deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). İnsan günah işlətdiyi üçün ölür (Romalılara 3:23).

Ölüm necə aradan qaldırılacaq?

Allah vəd edir ki, tezliklə «ölümü əbədi olaraq yox edəcək» (Yeşaya 25:8). Ancaq bunun üçün O, ilk növbədə, onun kökünü, yəni günahı aradan qaldırmalıdır. O, bunu «bəşəriyyətin günahını yuyan» İsa Məsih vasitəsilə edəcək (Yəhya 1:29; 1 Yəhya 1:7).