Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

İblis insanları idarə edə bilir?

İblis insanları idarə edə bilir?

Müqəddəs Yazıların cavabı

İblisin və onun cin mələklərinin bəşəriyyətə təsiri o qədər böyükdür ki, Müqəddəs Kitabda deyilir: «Bütün dünya... Şəririn [yəni Şeytanın] əlindədir» (1 Yəhya 5:19, haşiyə).

  • Hiylə. Müqəddəs Kitab Allahın sadiq bəndələrini «İblisin hiylələrinə sinə [gərməyə]» səsləyir (Efeslilərə 6:11). İblis insanları inandırıb ki, onun əlaltıları Allahın xidmətçiləridir. Bu, onun ən böyük hiylələrindən biridir (2 Korinflilərə 11:13—15).

  • Şər qüvvələrlə əlaqə. İblis insanları ekstrasenslər, falçılar, baxıcılar və ulduz falları vasitəsilə aldadır (Qanunun təkrarı 18:10—12). Narkotik maddələr, meditasiya və beynində boşluq yaradan hipnoz insanları cinlərin təsirinin asan qurbanına çevirir (Luka 11:24—26).

  • Saxta din. Yalan təlimlər yayan dinlər insanları Allaha itaətsizliyə sürükləyir (1 Korinflilərə 10:20). Müqəddəs Kitabda bu cür təlimlər «cinlərin [təlimləri]» adlandırılır (1 Timoteyə 4:1).

  • Cinə tutulma. Müqəddəs Kitabda şər qüvvələr tərəfindən idarə olunan adamların nümunələri qələmə alınıb. Cinlər cinə tutulmuş insanları bəzən kor və lal edir və özlərinə zərər vurmağa vadar edirdilər (Matta 12:22; Mark 5:2—5).

İblisin təsiri altına düşməmək üçün nə etməli?

Biz cinlərdən qorxmamalıyıq, çünki Müqəddəs Kitabda göstərilir ki, onların təsirinə qarşı durmaq mümkündür. Necə?

  • İnsanları öz təsiri altına salmaq üçün İblisin istifadə etdiyi üsullar haqda öyrənməyə çalışın ki, «onun fəndlərindən bixəbər» olmayasınız və onları sezə biləsiniz (2 Korinflilərə 2:11).

  • Müqəddəs Kitabı öyrənin və öyrəndiklərinizi həyatınızda tətbiq edin. Müqəddəs Kitab prinsiplərini tətbiq etmək sizi İblisin təsirindən qoruyacaq (Efeslilərə 6:11—18).

  • Cindarlıqla bağlı olan bütün əşyalardan azad olun (Həvarilərin işləri 19:19). Bura şər qüvvələri tərənnüm edən musiqi, kitab, jurnal, poster və videolar daxildir.