Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Hellouinin kökləri. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Hellouinin kökləri. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda Hellouin bayramının adı çəkilmir. Bu bayramın qədimə gedib çıxan kökləri və müasir ənənələri onun ölülər və gözəgörünməz ruhlar, yəni cinlər barədə yalan məlumatlara əsaslandığına dəlalət edir. («Hellouinin tarixi və adət-ənənələri» başlığına baxın.)

Müqəddəs Kitabda qəti şəkildə deyilir: «Aranızda... cindarlara və ruhçağıranlara müraciət edən, yaxud ölüləriçağıran olmasın» (Qanunun təkrarı 18:10—12). Bəziləri Hellouini zərərsiz, şən bayram hesab edir. Ancaq Müqəddəs Kitab onunla bağlı ənənələrin heç də zərərsiz olmadığını göstərir. 1 Korinflilərə 10:20, 21 ayələrində deyilir: «Mən... istəmirəm ki, siz cinlərlə ortaq olasınız. Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz».

Hellouinin tarixi və adət-ənənələri

  1. Samayn bayramı. «Uorld buk» ensiklopediyasında qeyd olunduğu kimi, Hellouin bayramının kökləri «2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayram»a gedib çıxır. Orada əlavə edilir: «Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır. Samayn bayramı zamanı dirilər ölülərlə görüşə bilərdilər». Ancaq Müqəddəs Kitab öyrədir ki, «ölülər heç nə bilmir» (Vaiz 9:5). Bu səbəbdən onlar diri insanlarla heç cür əlaqə qura bilməzlər.

  2. Hellouinin adət-ənənələri, şirniyyat və «pul kisəsi, yoxsa həyat» oyunu. Bu bayrama həsr olunmuş «Hellouin — Amerika bayramı, Amerika tarixi» adlı kitaba əsasən, bəzi keltlər qorxulu kostyumlar geyinirdilər ki, yer üzünü gəzib-dolaşan ruhlar onları özünkü bilib rahat buraxsınlar. Digərləri isə ruhları razı salmaq üçün onlara şirniyyat təklif edirdilər. Orta əsrlərdə Avropada katolik din xadimləri yerli bütpərəst adət-ənənələrini mənimsəmiş və kilsə üzvlərinə müxtəlif kostyumlarda evbəev gəzib xırda hədiyyələr istəməyə icazə verirdilər. Müqəddəs Kitabda isə, əksinə, yalan dini adət-ənənələri Allaha ibadətə əlavə etmək qadağan edilir (2 Korinflilərə 6:17).

  3. Ruhlar, vampirlər, qulyabanılar, küpəgirən qarılar, zombilər. Bunların hamısı ta qədim dövrlərdən pis ruhi qüvvələrlə əlaqələndirilirdi («Halloween Trivia»). Müqəddəs Kitabda aydın deyilir ki, biz pis ruhi varlıqlarla bayram etmək əvəzinə, onlara qarşı mübarizə aparmalıyıq (Efeslilərə 6:12).

  4. Balqabaq və ya Cek fənəri. Britaniyada orta əsrlərdə «insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər». Onlar əllərində «oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular» («Halloween—From Pagan Ritual to Party Night»). Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi. Bu adət-ənənənin kökündə duran inanclar — ölməz ruh, məhşər və ölülərin ruhuna dua oxumaq — Müqəddəs Kitaba əsaslanmır.