Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Həyat kitabında» kimlərin adları yazılıb?

«Həyat kitabında» kimlərin adları yazılıb?

Müqəddəs Yazıların cavabı

Həm də «yaddaş kitabı» adlandırılan «həyat kitabı»nda əbədi həyat ənamını almaq ümidinə malik olan insanların adları yazılıb (Vəhy 3:5; 20:12; Malaki 3:16). Bu kitaba kimin adının düşəcəyinə Allah qərar verir. O, bu kitaba Ona sadiq və itaətkar olan insanların adlarını yazır (Yəhya 3:16; 1 Yəhya 5:3).

«Bəşər nəsli dünyaya gələndən bəri» Allah Ona sədaqətlə xidmət edən hər bir bəndəsini yadda saxlayır, sanki, onların adlarını kitaba yazır (Vəhy 17:8). Görünür, həyat kitabına adı düşən ilk insan Allahın sadiq bəndəsi Habil idi (İbranilərə 11:4). Ancaq bu, quru siyahı deyil, çünki bu kitab göstərir ki, «Yehova Ona məxsus olanları» tanıyan məhəbbətli Allahdır (2 Timoteyə 2:19; 1 Yəhya 4:8).

«Həyat kitabı»ndan kiminsə adı silinə bilər?

Bəli. Allah qədim İsraildə yaşamış itaətsiz insanlar barədə demişdi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm» (Çıxış 32:33). Amma biz Ona sadiq qalsaq, O, adımızı «həyat kitabı»nda saxlayacaq (Vəhy 20:12).