Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Həyatın mənası nədədir?

Həyatın mənası nədədir?

Müqəddəs Yazıların cavabı

«Biz niyə varıq?», «Həyatımın mənası varmı?». Bu kimi sualları nəyə görə yarandığını bilmək istəyən insanlar verir. Müqəddəs Kitab göstərir ki, həyatın mənası Allahla dostluq münasibətləri qurmaqdadır. Onun Kəlamında açıqlanan bəzi vacib həqiqətlərə nəzər salaq:

  • Allah bizim yaradanımızdır. Müqəddəs Kitabda deyilir: «O [Allah] bizi yaradıb, biz Ona aidik» (Məzmur 100:3; Vəhy 4:11).

  • Biz də daxil olmaqla, Allah hər nə yaradıbsa, onu müəyyən bir məqsədlə yaradıb (Yeşaya 45:18).

  • Allah bizi ruhani tələbatla xəlq edib, buna görə də biz həyatın mənasını tapmağa can atırıq (Matta 5:3, haşiyə). Allah istəyir ki, biz bu tələbatımızı təmin edək (Məzmur 145:16).

  • Biz ruhani tələbatımızı Allahla dostluq münasibəti qurmaqla təmin edə bilərik. Allahın dostu olmaq fikri bəzilərinə mümkünsüz görünsə də, Müqəddəs Kitab bizi təşviq edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8; 2:23).

  • Allahın dostu olmaq üçün Onun bizimlə bağlı məqsədinə uyğun yaşamalıyıq. Bu məqsəd Müqəddəs Kitabda Vaiz 12:13-cü ayəsində yazılıb. Orada deyilir: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur».

  • Gələcəkdə Allah əzabları aradan götürəndə və əbədi həyat ənamını Öz dostlarına, yəni sadiq bəndələrinə bəxş edəndə biz Onun ilkin məqsədinə tam şəkildə dadacağıq (Məzmur 37:10, 11).

 

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?

İLAHİ MÜJDƏ

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.