Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Həqiqi dini necə tapa bilərəm?

Həqiqi dini necə tapa bilərəm?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda həqiqi dinə və yalan dinə ibadət edənlər arasındakı fərq belə təsvir edilir: «Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığarlar?» (Mətta 7:16). Təbii ki, üzümlə qanqalın bəhrəsini ayırmaq olur, eynilə, həqiqi dinlə yalan dini də onların bəhrələrindən və ya səciyyəvi xüsusiyyətlərindən tanımaq olar.

  1. Həqiqi din insan fəlsəfəsini yox, Müqəddəs Kitaba əsaslanan həqiqətləri öyrədir (Yəhya 4:24; 17:17). Bura ruh haqda həqiqətlər və yerüzü cənnətdə olacaq əbədi həyat haqda dini həqiqətlər də daxildir (Zəbur 37:29; Əşiya 35:5, 6; Hizqiyal 18:4). O, həmçinin dini saxtakarlıqları ifşa etməkdən çəkinmir (Mətta 15:9; 23:27, 28).

  2. Həqiqi din insanlara Allahı tanımağa kömək edir. Onlara Allahın adını — Yehova adını öyrədir (Zəbur 83:18; Əşiya 42:8; Yəhya 17:3, 6). O, insanlara Allahın qəliz və ya əlçatmaz olduğunu öyrətmir, əksinə, Allahın bizim Ona yaxınlaşmağımızı istədiyini öyrədir (Yaqub 4:8).

  3. Həqiqi dində vurğulanır ki, İsa Məsih Allah tərəfindən göndərilən xilaskardır (Həvarilərin işləri 4:10, 12). Həqiqi dinin üzvləri İsa Məsihin əmrlərinə əməl edir və ondan nümunə götürməyə can atırlar (Yəhya 13:15; 15:14).

  4. Həqiqi din Allahın Padşahlığına bəşəriyyətin yeganə ümid yeri kimi baxır. Onun üzvləri fəal şəkildə bu Padşahlıq haqda insanlara danışırlar (Mətta 10:7; 24:14).

  5. Həqiqi din insanları təmənnasız məhəbbətə təşviq edir (Yəhya 13:35). Həqiqi din bütün etnik və irqi qruplara, mədəniyyətlərə, dillərə və millətlərə hörmət etməyi öyrədir (Həvarilərin işləri 10:34, 35). Məhəbbətdən irəli gələrək həqiqi dinin üzvləri müharibədə iştirak etmirlər (Mikə 4:3; 1 Yəhya 3:11, 12).

  6. Həqiqi dində din xadimlərinə pul ödənilmir və üzvlərindən kimlərəsə yüksək dini ad verilmir (Mətta 23:8—12; 1 Butrus 5:2, 3).

  7. Həqiqi din siyasi məsələlərdə tamamilə bitərəf mövqe tutur (Yəhya 17:16; 18:36). Ancaq onun üzvləri Müqəddəs Kitaba uyğun davranaraq, yaşadıqları ölkənin hakimiyyətinə hörmət və itaət edirlər. Onlar Müqəddəs Kitabdakı bu sözləri əldə rəhbər tuturlar: «Padşaha məxsus şeyləri padşaha, [yerli hakimiyyətə] Allaha məxsus şeyləri Allaha verin» (Mark 12:17; Romalılara 13:1, 2).

  8. Həqiqi din həyat tərzidir, ritual deyil və ya formal xarakter daşımır. Onun üzvləri həyatın hər sahəsində Müqəddəs Kitabın yüksək əxlaq normalarına sadiq qalırlar (Efeslilərə 5:3—5; 1 Yəhya 3:18). Onlar can-dərdi ibadət etmirlər, əksinə, «xoşbəxt [Allaha]» ibadətdən sevinc duyurlar (1 Timuti 1:11).

  9. Həqiqi dinə az adam ibadət edir (Mətta 7:13, 14). Allahın iradəsini yerinə yetirdiklərinə görə həqiqi dinin üzvlərinə qarşı çox vaxt qərəzli münasibət göstərilir, rişxənd edilir və onlar təqib olunurlar (Mətta 5:10—12).

Həqiqi din insanların hissləri ilə müəyyənləşmir

Dini hisslərə əsaslanaraq seçmək təhlükəlidir. Müqəddəs Kitabda qabaqcadan deyilir ki, vaxt gələcək insanlar özlərinə «qulaqlarına xoş gələni eşitmək üçün öz istəklərinə uyğun müəllimlər [din xadimləri] seçəcəklər» (2 Timutiyə 4:3). Əksinə, Müqəddəs Kitab bizi təşviq edir ki, hətta geniş yayılmış din olmasa belə «Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq»la məşğul olaq (Yaqub 1:27; Yəhya 15:18, 19).

Əlavə məlumat

Müqəddəs Kitabı başa düşməkdə mənə nə kömək edə bilər?

Mənşəyinizdən asılı olmayaraq, siz Müqəddəs Kitabı başa düşə bilərsiniz.

İnsan öz dinini nə üçün yoxlamalıdır?

Əgər hansısa dinə mənsubsunuzsa, mahiyyət etibarilə, ruhani həyatınız və gələcəyiniz onun əlindədir.