Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Görəsən Allah günahlarımı bağışlayacaq?

Görəsən Allah günahlarımı bağışlayacaq?

Müqəddəs Yazıların cavabı

Allah sizi bağışlayar, bir şərtlə ki, lazım olan addımları atasınız. Müqəddəs Kitabda deyilir ki, Allah bağışlayan və comərdliklə əfv edəndir (Nəhəmya 9:17; Zəbur 86:5; Əşiya 55:7). Allah bağışlayanda tamamilə bağışlayır (Həvarilərin işləri 3:19). Rəbb günahlarımızı həmçinin birdəfəlik bağışlayır. Öz Kəlamında O deyir: «Onların... günahlarını bir də yada salmayacağam» (Ərəmya 31:34). Allah bağışlayanda günahlarımızı bir daha üzümüzə vurmur və bir günaha görə bizi dəfələrlə cəzalandırmır.

Rəbbin əfvi hisslərə əsaslanmır. O, heç vaxt Öz prinsiplərində güzəştə getmir. Elə bu səbəbdən O, bəzi günahları bağışlamır (Yuşə 24:19, 20).

Bağışlanmaq üçün atılan addımlar

  1. Dərk etməlisiniz ki, günah etməklə Allahın qanunlarını pozursunuz. Bəlkə də hərəkətinizə görə kimsə əziyyət çəksin, lakin anlamalısınız ki, bu əməlinizlə siz, ilk növbədə, Allaha qarşı günah edirsiniz (Zəbur 51:1, 4; Həvarilərin işləri 24:16).

  2. Günahınızı duada Allaha etiraf edin (Zəbur 32:5; 1 Yəhya 1:9).

  3. Əməlinizə görə peşman olun. Çünki «Allaha məqbul kədər... tövbə hasil edir» (2 Korinflilərə 7:10). Tövbəyə günaha aparan addımlara görə peşman olmaq daxildir (Mətta 5:27, 28).

  4. Əməllərinizdən dönün (Həvarilərin işləri 3:19). Bu o deməkdir ki, ya hansısa əməldən əl çəkməlisiniz, ya da ümumiyyətlə həyat tərzinizi dəyişməlisiniz (Efeslilərə 4: 23, 24).

  5. Səhvlərinizi düzəltməyə və ya vurduğunuz zərərin əvəzini ödəməyə çalışın (Mətta 5:23, 24; 2 Korinflilərə 7:11). Ziyan vurduğunuz adamdan üzr istəyin, bacardığınız qədər vəziyyəti düzəldin (Luka 19:7—10).

  6. İsa peyğəmbərin fidyəsi əsasında duada Allahdan əfv diləyin (Efeslilərə 1:7). Bağışlanmağınızı istəyirsinizsə, siz də sizə qarşı səhv edənləri bağışlamalısınız (Mətta 6:14, 15).

  7. Əgər ciddi günaha yol vermisinizsə, ruhani cəhətdən sizə kömək edə biləcək və sizin üçün dua edəcək bir nəfərlə danışın (Yaqub 5:14—16).

Allahın əfvi barədə yanlış fikirlər

«O qədər günahım var ki, inanmıram Allah məni bağışlasın».

Allah Davud padşahın etdiyi əxlaqsızlığı və qatilliyi bağışladı

Nə qədər ki, Müqəddəs Kitabdakı qanunlara əməl edirik, Allah bizi bağışlayacaq. Çünki Onun əfvi bizim günahlarımızdan böyükdür. O, həm ciddi, həm də dəfələrlə etdiyimiz günahları bağışlayır (Məsəllər 24:16; Əşiya 1:18).

Misal üçün, İsrailin padşahı Davud əxlaqsızlıq və qatillik etsə də, bağışlanmışdı (2 İşmuil 12:7—13). Özünü dünyanın ən betər günahkarı adlandıran həvari Bulus da əfv olunmuşdu (1 Timutiyə 1:15, 16). Hətta İsa peyğəmbərin ölümündə əli olan yəhudilər belə tövbə etsəydilər, Allah onları da bağışlayacaqdı (Həvarilərin işləri 3:15, 19).

«Əgər günahlarımı din xadiminə etiraf etsəm, bağışlanacağam».

Allaha qarşı edilən günahları bağışlamağa heç bir insanın səlahiyyəti çatmır. Günahımızı etiraf etdiyimiz insan bizə qəlb rahatlığı versə də, günahı bağışlamaq yalnız Allaha məxsusdur (Efeslilərə 4:32; 1 Yəhya 1:7, 9).

Əgər belədirsə, onda İsa Məsih həvarilərinə nəyə görə demişdi ki, «kimin günahlarını bağışlasanız, onlar bağışlanacaq, kimin günahlarını bağışlamasanız, onlar bağışlanmayacaq»? (Yəhya 20:23). Bu sözlərlə İsa göstərmək istəyirdi ki, o, həvarilərinə müqəddəs ruhu verməklə onlara belə bir səlahiyyəti verəcək (Yəhya 20:22).

Vəd olunduğu kimi, həvarilər bu səlahiyyəti eramızın 33-cü ilində onlara müqəddəs ruh veriləndə aldılar (Həvarilərin işləri 2:1—4). Həvari Butrus bu səlahiyyətdən Hənənya və Səfirəyə hökm çıxardanda istifadə etmişdi. Onlar fırıldaq gəlmək istədilər. Lakin Butrus bunu möcüzəli şəkildə anladı. Həvarinin bu cütlüyə çıxartdığı hökm göstərir ki, onların günahı bağışlanmayacaq (Həvarilərin işləri 5:1—11).

Şəfa vermək, müxtəlif dillərdə danışmaq ənamı kimi günahları bağışlamaq səlahiyyəti də həvarilərin ölümündən sonra aradan qalxdı (1 Korinflilərə 13:8—10). Buna görə də bu gün heç bir insanın başqasının günahını əfv etməyə səlahiyyəti çatmır.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ

Dua və sən

Əgər daim dua etsəniz, bunun sizə hansı faydası olacaq?

İLAHİ MÜJDƏ

Allaha yaxınlaşın

Öyrənin görün Allah hansı duaları qəbul edir, biz Allaha necə dua edə bilərik, Allaha yaxınlaşmaq üçün daha nə etməliyik.