Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab elmə ziddir?

Müqəddəs Kitab elmə ziddir?

Müqəddəs Yazıların cavabı

Yox. Müqəddəs Kitab elmi kitab olmasa da, elmi məsələlərdə dəqiqdir. Onun elmə zidd olmadığını göstərən bir neçə nümunəyə baxaq. Həmçinin biz görəcəyik ki, bu kitabda onun yazıldığı dövrdə geniş yayılmış səhv məlumatlardan tamamilə fərqlənən elmi faktlar yer alıb.

  • Kainatın başlanğıcı olub (Yaradılış 1:1). Lakin bir çox qədim əfsanələrə əsasən, kainat yaradılmayıb, əksinə, mövcud olmuş xaos vəziyyətindən təşkil edilib. Babillilər inanırdılar ki, kainatı iki okeandan çıxan tanrılar doğub. Digər əfsanələrdə isə deyilir ki, kainat nəhəng yumurtadan çıxıb.

  • Kainat tanrıların şıltaqlığı ilə yox, ağlabatan fiziki qanunlarla idarə olunur (Əyyub 38:33; Yeremya 33:25). Bütün dünyadakı əfsanələrdə isə deyilir ki, guya insanlar hərdəmxəyal tanrıların bəzən hətta amansız olan hərəkətləri qarşısında acizdirlər.

  • Yer kürəsi fəzada asılı vəziyyətdədir (Əyyub 26:7). Bir çox qədim xalqlar inanırdılar ki, dünya yastı dairə formasındadır və onu nəhəng, yaxud da öküz və ya tısbağa kimi heyvanlar saxlayır.

  • Çaylar və bulaqlar okeanlardan və digər su mənbələrindən buxarlanan, sonra isə yağış, qar və dolu şəklində yer üzünə düşən yağıntıların hesabına yenidən dolur (Əyyub 36:27, 28; Vaiz 1:7; Yeşaya 55:10; Amos 9:6). Qədim yunanlar hesab edirdilər ki, çaylar yeraltı okean suları hesabına dolur və bu fikir düz XVIII əsrə qədər mövcud idi.

  • Dağlar qalxıb-düşür. Bugünkü dağlar vaxtilə okeanın altında olub (Məzmur 104:6, 8). Ancaq bəzi əfsanələrə görə, dağlar olduğu kimi tanrılar tərəfindən yaradılıb.

  • Gigiyena qaydaları sağlamlığın rəhnidir. İsrail xalqına verilən Qanunda cəsədə, leşə toxunduqdan sonra yuyunmaq, yoluxucu xəstəliklərə tutulanları karantində saxlamaq, insan ifrazatını basdırmaq əmr edilmişdi (Levililər 11:28; 13:1—5; Qanunun təkrarı 23:13). Misirdə həmin qanunların verildiyi dövrə aid aşkarlanan bir reseptdə isə açıq yaraya tərkibində insan nəcisi olan dərman sürtmək məsləhət görülürdü.

Müqəddəs Kitabda elmi səhvlər var?

Müqəddəs Kitabı diqqətlə araşdırdıqda görmək olur ki, orada belə səhvlər yoxdur. Bəzilərini onun elmi cəhətdən dəqiq olmadığını düşünməyə vadar edən bir neçə məqama baxaq.

Yanlış. Müqəddəs Kitabda deyilir ki, Kainat hərəsi 24 saat davam edən altı günə yaradılıb.

Doğru. Müqəddəs Kitabda Allahın Kainatı nə zaman yaratdığı dəqiq deyilmir (Yaradılış 1:1). Üstəlik, «Yaradılış kitabı»nın 1-ci fəslində haqqında bəhs olunan yaradılış günləri, əslində, dövrlərdir və onların nə qədər davam etdiyi deyilmir. Yerin və göyün yaradıldığı bütün dövr də Müqəddəs Kitabda «gün» adlanır (Yaradılış 2:4, Kitabı Mukaddes).

Yanlış. Müqəddəs Kitabda deyilir ki, bitkilər fotosintezi təmin edən günəşdən əvvəl yaradılıb (Yaradılış 1:11, 16).

Doğru. Müqəddəs Kitabdan bəllidir ki, göylərdə ulduzlardan biri olan günəş bitkilərdən öncə yaradılmışdı (Yaradılış 1:1). Günəşin saçdığı səpələnmiş işıq ilk yaradılış «gün»ündə, yəni dövrdə yer üzünə gəlib çatmışdı. Üçüncü yaradılış gününə qədər atmosfer təmizləndi və işıq artıq kifayət qədər güclü olduğundan fotosintezi təmin edə bilirdi (Yaradılış 1:3—5, 12, 13). Yalnız bir müddətdən sonra günəş yer üzündən aydın görünməyə başladı (Yaradılış 1:16).

Yanlış. Müqəddəs Kitabda deyilir ki, günəş yerin ətrafında dövr edir.

Doğru. Vaiz 1:5 ayəsində deyilir: «Günəş çıxır, günəş batır, sonra tələsik yerinə dönür ki, təzədən çıxsın». Əslində, bu ayədə günəşin səmadakı hərəkətinin yer üzündən necə göründüyü təsvir edilir. Hətta bu gün insanlar «günəş batdı», «günəş qalxdı» kimi ifadələr işlədirlər, bununla belə, hamı bilir ki, yer günəşin ətrafında dövr edir.

Yanlış. Müqəddəs Kitabda yerin yastı olduğu deyilir.

Doğru. Müqəddəs Kitabda «dünyanın o biri ucu» ifadəsi işlənilir. Amma bu o demək deyil ki, yer yastı formadadır, yaxud onun ucu var (Luka 11:31). Eynilə, «dünyanın dörd bucağı» deyildikdə, dünyanın dördbucaqlı olduğu nəzərdə tutulmur. Biz bu məcazi ifadəni oxuyanda, yaxud eşidəndə bilirik ki, söhbət bütün dünyadan gedir (Yeşaya 11:12; Luka 13:29).

Yanlış. Müqəddəs Kitabda deyilir ki, dairənin uzunluğu onun üç diametri qədərdir, halbuki düzgün vahid pi (π) rəqəmidir, yəni təxminən 3,1416.

Doğru. 1 Padşahlar 7:232 Salnamələr 4:2 ayələrinə əsasən, «tökülmüş dairəvi... hovuz»un diametri «on qulac», dairənin uzunluğu isə 30 qulac idi. Ola bilsin, ayələrdə verilən ölçülər təxminidir, yaxud da dairənin uzunluğu və diametri müvafiq olaraq hovuzun içəri və çöl ölçülərini təmsil edirdi.

Əlavə məlumat

Siz kreasionistsiniz?

Kreasionistlərin bəzi fikirlərinin Müqəddəs Kitaba zidd getdiyini bilirdiniz?