Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə İncildə deyilir ki, Allaha dua edərkən İsa Məsihin adını çəkmək lazımdır?

Nəyə görə İncildə deyilir ki, Allaha dua edərkən İsa Məsihin adını çəkmək lazımdır?

Müqəddəs Yazıların cavabı

Dua edərkən Uca Yaradanın qulu və elçisi İsa Məsihin adını da çəkməliyik, çünki bu pak Allaha yaxınlaşmağımıza yol açır. İsa peyğəmbərin belə sözləri var: «Yol, həqiqət və həyat mənəm. Mənsiz heç kəs Atanın [və ya Allahın] yanına gələ bilməz» (İncil, Yəhya 14:6). «Yadınızda qalsın, — deyə bir dəfə o, şagirdlərinə müraciət edir. — Atadan mənim adım naminə nə istəsəniz, sizə verəcək» (İncil, Yəhya 16:23).

Digər səbəbləri

  • Bununla biz Allaha və İsa Məsihə ehtiramımızı göstəririk (İncil, Filipililərə 2:9—11).

  • Günahlarımızdan ötrü fidyə etmiş İsa Məsihin fədakar ölümünə və qurtuluşumuz üçün Allahın gördüyü tədbirə görə minnətdarlığımızı ifadə etmiş oluruq (İncil, Matta 20:28; Həvarilərin işləri 4:12).

  • Allahın İsa Məsihə ayırdığı rolu — pak Allahla günahlı və aciz insanlar arasında Vasitəçi olduğunu qəbul edirik (İncil, İbranilərə 7:25).

  • Allahın hüzurunda qəbul edilməmiz üçün onun Baş Kahin roluna hörmətlə yanaşdığımızı göstəririk (İncil, İbranilərə 4:14—16).