Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Dirilmə nədir?

Dirilmə nədir?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda «dirilmə» kimi tərcümə edilən söz «qalxmaq» və ya «yenidən durmaq» kimi mənalar verən yunanca anastasis sözündən götürüb. Ölmüş insan ölüm yuxusundan qalxır və ölməmişdən qabaq necə idisə, eləcə də həyatına davam edir (1 Korinflilərə 15:12, 13).

Dirilmə təliminə çox vaxt Tövrat, Zəbur və Peyğəmbərlərin kitabları adlanan İbranicə Müqəddəs Yazılarda da rast gəlmək olar. Allah Huşə peyğəmbər vasitəsilə belə bir vəd vermişdi: «Mən onları ölülər diyarının əlindən satın alacağam, onları ölümdən xilas edəcəyəm» (Huşə 13:14; Əyyub 14:13—15; Yeşaya 26:19; Daniel 12:2, 13).

Dirilənlər harada yaşayacaqlar? Bəziləri Məsihlə birgə padşahlıq etmək üçün dirilib göyə gedəcəklər (2 Korinflilərə 5:1; Vəhy 5:9, 10). Müqəddəs Kitab bunu «birinci [dirilmə]» və «ilk [dirilmə]» adlandırır. Hər iki ifadə başqa dirilmənin də olacağına işarə edir (Vəhy 20:6; Filipililərə 3:11). Bu dirilmə zamanı ölülərin çoxu yer üzündə yaşamaq üçün həyata qaytarılacaq (Məzmur 37:11).

İnsanlar necə dirildiləcəklər? Allah İsa Məsihə ölüləri diriltmək səlahiyyətini verib (Yəhya 11:25). İsa «qəbirlərdə olanların» hər birini öz xasiyyəti və xatirələri ilə dirildəcək (Yəhya 5:28, 29). Göydə yaşamaq üçün dirildilənlər ruhani bədən alır, yerdə yaşamaq üçün dirildiləcək insanlar isə bir dənə də qüsuru olmayan sağlam fiziki bədənə malik olacaqlar (Yeşaya 33:24; 35:5, 6; 1 Korinflilərə 15:42—44, 50).

Kimlər dirildiləcək? Müqəddəs Kitabda deyilir ki, həm salehlər, həm də qeyri-salehlər dirildiləcək (Həvarilərin işləri 24:15). Saleh insanlar arasında Nuh, Sara, İbrahim kimi sadiq, imanlı insanlar olacaq (Yaradılış 6:9; İbranilərə 11:11; Yaqub 2:21). Qeyri-salehlər isə Allahın qanunlarını öyrənməyə və onlara əməl etməyə macal tapmadıqları üçün onun normalarına müvafiq olmayan insanlardır.

Ancaq ölənlər arasında elə pis insanlar olub ki, onların dəyişilməsi mümkün deyil, buna görə onlar dirilməyəcəklər. Belələri öləndən sonra əbədi məhvə uğrayırlar və onlar üçün artıq ümid yeri yoxdur (Matta 23:33; İbranilərə 10:26, 27).

Ölülər nə vaxt dirildiləcək? Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, göylər üçün dirilmə Məsihin iştirakı zamanı baş verməlidir, bu vaxt isə 1914-cü ildən başlayıb (1 Korinflilərə 15:21—23). Yer üzündə yaşamaq üçün dirilmə isə bütün yer Cənnət olacağı vaxt, yəni Məsihin Minillik Hökmranlığı dövründə olacaq (Luka 23:43; Vəhy 20:6, 12, 13).

Nəyə görə dirilməyə inanmaq olar? Müqəddəs Kitabda 9 dirilmə hadisəsindən bəhs edilir. Bu hadisələrin hər birinin canlı şahidləri olmuşdur (1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37; 13:20, 21; Luka 7:11—17; 8:40—56; Yəhya 11:38—44; Həvarilərin işləri 9:36—42; 20:7—12; 1 Korinflilərə 15:3—6). İsanın Lazarı diriltməsi ilə bağlı yazılanlar xüsusilə diqqətəlayiqdir: dörd günün ölüsü olan Lazarı İsa camaatın gözü qabağında diriltmişdi (Yəhya 11:39, 42). Hətta İsaya qarşı çıxanlar belə olanları dana bilməmişdilər. Buna görə də onlar həm İsanı, həm də Lazarı öldürmək fikrinə düşmüşdülər (Yəhya 11:47, 53; 12:9—11).

Müqəddəs Kitabda deyilir ki, Allah ölüləri diriltmək istəyir və buna qadirdir. O, misilsiz gücündən istifadə edərək dirildəcəyi insanlar haqqında hər şeyi hədsiz yaddaşında saxlayır (Əyyub 37:23; Matta 10:30; Luka 20:37, 38). Allah ölüləri dirildə bilər və O, həqiqətən də, bunu etmək istəyir! Müqəddəs Kitab dirilməni təsvir edərkən Allah haqqında bunları deyir: «Əllərinin... işinin həsrətini çəkəcəksən» (Əyyub 14:15).

Dirilmə haqqında geniş yayılmış yanlış fikirlər

Səhv. Bəziləri dirildiləcək və dirildilən kimi də məhv ediləcəklər.

Doğru. Müqəddəs Kitabda deyilir ki,«pis iş [görənlər] hökmə düçar olmaq üçün diriləcəklər» (Yəhya 5:29). Amma onlara keçmiş həyatlarına görə yox, dirildikdən sonra etdiklərinə görə hökm kəsiləcək. İsa demişdi: «Ölülər Allahın Oğlunun səsini eşidəcək və itaət edənlər yaşayacaqlar» (Yəhya 5:25). Diriləndən sonra öyrəndiklərinə itaət edənlərin adları «həyat [kitabına]» yazılacaq (Vəhy 20:12, 13).

Səhv. Ölü diriləndə əvvəlki bədəninə qovuşacaq.

Doğru. Ölünün bədəni, adətən, çürüyür, məhv olub gedir (Vaiz 3:19, 20).