Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Cinlər varmı?

Cinlər varmı?

Müqəddəs Yazıların cavabı

Bəli, var. Cinlər «günaha batmış [mələklər]», Allaha qarşı üsyan qaldıran ruhani varlıqlardır (2 Peter 2:4). Allaha qarşı çıxaraq cin adını qazanan ilk mələk Şeytan İblisdir; Müqəddəs Kitabda o, «cinlərin hökmdarı» adlanır (Matta 12:24, 26).

Nuhun günlərindəki üsyan

Müqəddəs Kitabda qeyd olunur ki, Nuhun günlərindəki Daşqından qabaq mələklərin üsyanı baş vermişdi: «O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər» (Yaradılış 6:2). Günaha batmış həmin pis mələklər qadınlarla cinsi əlaqədə olmaq üçün göydəki münasib məkanlarını tərk edib yerə endilər və insan cildinə girdilər (Yəhuda 6).

Daşqın olanda üsyankar mələklər cismani bədənlərini tərk edərək göyə qayıtdılar. Ancaq Allah onları qəbul etmədi; cəza olaraq onları insan cildinə girmək bacarığından məhrum etdi (Efeslilərə 6:11, 12).