Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allah Öz bəndələrinə əzab verirmi?

Allah Öz bəndələrinə əzab verirmi?

Müqəddəs Yazıların cavabı

Allahın Kəlamı bu suala birmənalı şəkildə «yox» cavabı verir! Əzablar Yehova Allahın bəşəriyyət üçün niyyətinə daxil deyildi. İlk insanlar Allahın hökmranlığını rədd edib xeyirlə şəri özləri müəyyən etmək qərarına gəldilər. Onlar Allahdan üz döndərib özlərini əzab-əziyyətlərə düçar etdilər.

Bu gün biz onların verdiyi yanlış qərarın acı nəticələrini dadırıq. Allah qətiyyən insanlara əzab çəkdirmir.

Müqəddəs Yazılarda deyilir: «Sınaqlarla üzləşəndə qoy heç kəs: “Allah məni sınağa çəkir”, — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (İncil, Yaqub 1:13). Heç kim, hətta Allahın rəğbətini qazanan insanlar belə əzab-əziyyətlərdən sığortalanmayıb.

Əlavə məlumat

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?