Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Rəsmi nikah olmadan kişi ilə qadının ər-arvad kimi bir yerdə yaşaması düzgündürmü?

Rəsmi nikah olmadan kişi ilə qadının ər-arvad kimi bir yerdə yaşaması düzgündürmü?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazılarda birmənalı şəkildə deyilir ki, «Allah əxlaqsızları... mühakimə edəcək» (İncil, İbranilərə 13:4). Orijinalda «əxlaqsızlıq» üçün istifadə edilən pornea sözü «nikahdan əvvəl cinsi əlaqə» mənasını daşıyır. Deməli, cütlüyün sonradan rəsmi nikaha daxil olmaq fikri olsa belə, onların bir yerdə yaşaması Allahın gözündə günahdır.

Bəs cütlük bir-birini çox sevirsə, onda necə? Belə halda da Allah tələb edir ki, onlar yaxınlıq etməzdən əvvəl rəsmi nikaha daxil olsunlar. Sevmək bacarığını Allah bizə bəxş edib. Onun ən əsas xüsusiyyəti də məhəbbətdir (İncil, 1 Yəhya 4:8). Buna görə də Allahın insanlardan yalnız nikah daxilində yaxınlıq etməyi tələb etməyə ixtiyarı çatır.

Əlavə məlumat

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

İki sadə sual nikahınızı yaxşılaşdırmağa kömək edə bilər.