Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Babil nədir?

Böyük Babil nədir?

Müqəddəs Yazıların cavabı

«Vəhy» kitabında adı çəkilən Böyük Babil Allahın rədd etdiyi bütün yalan dinləri təmsil edir * (Vəhy 14:8; 17:5; 18:21). Həmin dinlər bir-birindən fərqlənsə də, onların hamısı insanları həqiqi Allah Yehovadan uzaqlaşdırır (Qanunun təkrarı 4:35).

Böyük Babil

  1. Böyük Babil rəmzi məna daşıyır. Müqəddəs Kitabda Böyük Babil qadınla və böyük fahişə ilə müqayisə olunur (Vəhy 17:1, 3, 5). «Vəhy» kitabı rəmzlər kitabı olduğu üçün Böyük Babilin də rəmzi məna daşıması qənaətinə gəlmək düzgündür (Vəhy 1:1). Həmin qadın «ümmətləri, kütlələri, xalqları və dilləri» təmsil edən «çoxlu sular üzərində» oturub (Vəhy 17:1, 15). Qadın bunu hərfi mənada edə bilməz.

  2. Böyük Babil beynəlxalq səviyyədə fəaliyyət göstərir. Böyük Babil «yerin padşahları üzərində hökmranlıq edən böyük şəhər» adlanır (Vəhy 17:18). Buna görə də onun təsiri bütün dünyaya yayılıb.

  3. Böyük Babil siyasətə və ya ticarətə yox, məhz dinə aid edilir. Yalan dinlər qədim Babil şəhərində yaranıb (Yaradılış 10:8, 9; 11:2—4, 8). Bunu nəyə əsasən demək olar? Çünki bu şəhərdə ovsunları və cadugərliyi ilə tanınan çoxlu dinlər var idi (Əşiya 47:1, 12, 13; Ərəmya 50:1, 2, 38). Babilin rəhbərləri özlərini Yehova Allahdan uca tuturdular (Əşiya 14:4, 13, 14; Dənyal 5:2—4, 23). Böyük Babil də öz cindarlığı ilə tanınır. Bu da onun dinə aid olduğunu göstərir (Vəhy 18:23).

    Böyük Babil siyasət ola bilməz, çünki o məhv olunanda «dünya padşahları» ona görə ağlayırlar (Vəhy 17:1, 2; 18:9). Böyük Babil ticarət də ola bilməz, çünki Allahın Kəlamı onu dünyanın tacirlərindən fərqləndirir (Vəhy 18:11, 15).

  4. Sin, İştar və Şamaş adlı üç allahın rəmzləri ilə Babil padşahı Nabonidin heykəli

    Böyük Babil yalan dinlərin simasıdır. Həqiqi Allaha yaxınlaşmağa kömək etmək əvəzinə, yalan dinlər insanları başqa allahlara ibadətə sürükləyir. Müqəddəs Kitab isə bunu dini fahişəlik adlandırır (Lavililər 20:6; Çıxış 34:15, 16). Üç üqnumölməz ruh kimi təlimlərin, eləcə də ibadətdə surətlərdən istifadə edilməsinin kökü qədim Babil şəhərinə gedib çıxır. Bu dinlər ibadəti dünyaya olan məhəbbətlə birləşdirirlər. Bu, Allahın Kəlamında ruhani zina adlandırılır (Yaqub 4:4).

    Yalan dinlərin öz var-dövlətini nümayiş etdirməsi Böyük Babilin Müqəddəs Kitabdakı təsviri ilə üst-üstə düşür. Orada deyilir ki, Böyük Babil «bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi» (Vəhy 17:4). Böyük Babil «dünyadakı murdarlığın», başqa sözlərlə desək, Allahın adına ləkə gətirən təlimlərin və əməllərin mənbəyidir (Vəhy 17:5). Yalan dinin üzvləri Böyük Babili dəstəkləyən ümmətlər, kütlələr, xalqlar və dillərdir (Vəhy 17:15).

Böyük Babil «yer üzündə qətlə yetirilmişlərin hamısının» ölümünün məsuliyyətini daşıyır (Vəhy 18:24). Tarix boyu müharibələrin və terrorizmin arxasında duran elə məhz yalan din olub. Üstəlik o, insanlara məhəbbət Allahı Yehova haqda həqiqəti öyrətmir (1 Yəhya 4:8). Bu da, öz növbəsində, çoxlu qanın tökülməsinə gətirib çıxarıb. Buna görə də Allahı razı salmaq istəyən hər kəs yalan dindən uzaqlaşmalıdır (Vəhy 18:4; 2 Korinflilərə 6:14—17).

^ abz. 3 «Həqiqi dini necə tapa bilərəm?» adlı məqaləni oxuyun.

Əlavə məlumat

Həqiqi dini necə tapa bilərəm?

Həqiq din hisslərlə müəyyənləşir?

Müqəddəs Kitabı başa düşməkdə mənə nə kömək edə bilər?

Mənşəyinizdən asılı olmayaraq, siz Müqəddəs Kitabı başa düşə bilərsiniz.