Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Armageddon müharibəsi nədir?

Armageddon müharibəsi nədir?

Müqəddəs Yazıların cavabı

Armageddon müharibəsi dedikdə insan hökumətləri ilə Allah arasındakı sonuncu müharibə nəzərdə tutulur. Bu hökumətlər və onların tərəfdarları hətta indidən Allahın hakimiyyətinə tabe olmamaqla ona qarşı çıxırlar (Zəbur 2:2). Armageddon müharibəsi insan hakimiyyətinə son qoyacaq (Dənyal 2:44).

«Armageddon» ifadəsi Müqəddəs Kitabda bir dəfə, Vəhy 16:16 ayəsində istifadə olunub. Peyğəmbərlik kitabı Vəhydə «yer üzünün padşahlarının» «ibranicə Armageddon adlanan yerə» «Qadir Allahın böyük günündə olacaq müharibəyə» toplanacaqları yazılıb (Vəhy 16:14).

Armageddonda kimlər döyüşəcək? İsa Məsih Allahın düşmənləri üzərində qələbə çalmaq üçün səmavi orduya başçılıq edəcək (Vəhy 19:11—16, 19—21). Bu düşmənlər Allahın hakimiyyətinə qarşı çıxanlar və Allahı saymayanlardır (Hizqiyal 39:7).

Armageddon müharibəsi Yaxın Şərqdə olacaq? Xeyr. Armageddon müharibəsi yer üzünün təkcə bir bölgəsində yox, dünya miqyasında olacaq (Ərəmya 25:32—34; Hizqiyal 39:17—20).

Armageddon sözü bəzən «Har-Magedon» (İbranicə «Har Megiddon») kimi tərcümə edilir və mənası «Megiddo dağı» deməkdir. Megiddo qədim İsrail ərazisində yerləşən şəhər idi. Tarixdən öyrəndiyimiz kimi, bu şəhərin yaxınlığında həlledici müharibələr baş vermişdi. Bu müharibələrdən bəziləri haqda Müqəddəs Kitabda yazılıb (Hakimlər 5:19, 20; 2 Padşahlar 9:27; 23:29). Lakin Armageddon hərfi mənada qədim Megiddo yaxınlığındakı ərazini bildirmir. Bu ərazidə elə böyük dağ yoxdur, hətta ona bitişik olan Yizrail dərəsini də hesaba alsaq, Allahla müharibə edənlərin orada yerləşməsi mümkün deyil. Əksinə, Armageddon Allaha qarşı çıxmaq üçün sonuncu dəfə toplaşan millətlərin ümumi vəziyyətidir.

Armageddon müharibəsi necə olacaq? Həmin vaxtda Allahın Öz gücündən necə istifadə edəcəyini bilməsək də, keçmişdə istifadə etdiyi silahlardan — dolu, zəlzələ, daşqın, od və kükürd, şimşək və xəstəlik kimi vasitələrdən istifadə edə bilər (Əyyub 38:22, 23; Hizqiyal 38:19, 22; Həbquq 3:10, 11; Zəkəriyyə 14:12). Bu qarışıqlıqda Allahın bəzi düşmənləri bir-birlərini öldürəcəklər. Ancaq axırda başa düşəcəklər ki, onlarla döyüşən Allah imiş (Hizqiyal 38:21, 23; Zəkəriyyə 14:13).

Armageddon dünyanın axırıdırmı? Planetimiz məhv olmayacaq, çünki yer bəşəriyyətin əbədi məskənidir (Zəbur 37:29; 96:10; Vaiz 1:4). Armageddon bəşəriyyətin məhvi yox, onun xilasıdır, çünki Allahın «böyük izdiham»dan ibarət olan xidmətçiləri xilas olacaq (Vəhy 7:9, 14; Zəbur 37:34).

Bundan əlavə, yer sözünə uyğun olaraq, Müqəddəs Kitabdakı «dünya» sözü Allaha qarşı çıxan insan cəmiyyətini nəzərdə tutur (1 Yəhya 2:15—17). Bu mənada Armageddon «dünyanın sonudur» (Mətta 24:3).

Armageddon nə vaxt baş verəcək? Armageddon müharibəsi ilə kulminasiya nöqtəsinə çatacaq «böyük müsibət» haqda danışarkən İsa Məsih belə demişdi: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Mətta 24:21, 36). Bununla belə, Müqəddəs Kitabda göstərilir ki, Armageddon İsa Məsihin 1914-cü ildən başlamış gözəgörünməz «hüzuru zamanı» olacaq (Mətta 24:37—39).