Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allaha ibadət edən insanın tibbi müalicə alması düzgündür?

Allaha ibadət edən insanın tibbi müalicə alması düzgündür?

Müqəddəs Yazıların cavabı

Bəli. İsa peyğəmbərin növbəti sözlərindən görürük ki, Allaha ibadət edənlərin tibbi müalicə alması qəbahət deyil: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır» (Matta 9:12). Baxmayaraq ki Müqəddəs Kitab tibbi dərslik deyil, orada Allahı razı salmaq istəyən insanların əldə rəhbər tuta biləcəyi prinsiplər var.

Özünüzdən soruşun

1. Mənə yazılan müalicəni başa düşürəmmi? Müqəddəs Kitab məsləhət görür ki, «hər sözə» inanmaq əvəzinə, etibarlı məlumat axtarıb tapaq (Süleymanın məsəlləri 14:15).

2. Başqa həkimlərin də fikirlərini öyrənmək lazımdırmı? Xüsusilə də vəziyyətiniz ciddidirsə, bir neçə mütəxəssislə məsləhətləşmək pis olmazdı (Süleymanın məsəlləri 15:22).

3. Bu müalicəni qəbul etsəm, Müqəddəs Kitabın «qandan [çəkinin]» əmrini pozmayacağam ki? (Həvarilərin işləri 15:20).

4. Xəstəliyimin diaqnostikası və ya müalicəsi spiritizmlə bağlı deyil ki? Müqəddəs Kitabda «spiritizm», yəni cadugərlik və bu kimi əməllər mühakimə edilir (Qalatiyalılara 5:19—21). Müalicə və diaqnostikanın spiritizmlə bağlı olub-olmadığını müəyyən etmək üçün aşağıdakı sualları nəzərdən keçirin:

  • Məni müalicə edən həkim cadugərliklə məşğul olur?

  • Bu müalicə üsulu xəstəliklərin cadunun və ya hansısa tanrının qəzəbinin nəticəsi olduğu inancına əsaslanır?

  • Dərmanların hazırlanması və ya istifadəsi zamanı qurban gətirilir? Ovsun söylənilir? Cadugərliklə bağlı adətlərə əməl edilir? Buna aid əşyalar istifadə olunur?

5. Sağlamlıq məsələsində ifrata varmıram ki? Müqəddəs Kitab bizə məsləhət görür: «Həmişə aqil olun. Qoy bu xasiyyətiniz hamıya bəlli olsun» (Filipililərə 4:5). Bu ayədə yazılanlara uyğun davranmaq diqqətimizi daha vacib şeylərə, yəni Allaha xidmətə yönəltməyə kömək edəcək (Filipililərə 1:10; Matta 5:3).