Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Müqəddəs Yazıların cavabı

Bəli, kömək edəcək, çünki Allah Onun tələbləri ilə üst-üstə düşən duaları qəbul edir. Əgər heç vaxt Allaha dua etməmisinizsə, Müqəddəs Yazılarda bəhs edilən Allaha dua edən insanların nümunəsi sizə kömək edə bilər. Məsələn, onlar belə dua edirdilər:

  • «Ya Rəbb Allahım, Sən mənə kömək et, məhəbbətinə görə məni qurtar» (Zəbur, Məzmur 109:26).

  • «Bir məzlum, bir fəqirəm, lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, ey Allahım» (Zəbur, Məzmur 40:17).

Bu dualardan hansı ibrəti götürə bilərik? Göründüyü kimi, bu duaları edən insan böyük iman sahibi idi. Deməli, Allah təmiz niyyətdən, imandan edilən duaları eşidir. Həmçinin Müqəddəs Yazılarda deyilir ki, Uca Yaradan qəlbisınıqların və əzilmişlərin dualarını da qəbul edir (Zəbur, Məzmur 34:18).

Fikirləşməyin ki, Allah sizin problemləriniz ilə maraqlanmır. Onun Kəlamında belə sözlər var: «Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, amma lovğaları uzaqdan tanıyar» (Zəbur, Məzmur 138:6). Hətta Allah başımızda nə qədər saçın olduğunu da bilir (İncil, Matta 10:30). Deməli, Yaradan heç özümüz haqda bilmədiyimiz şeyləri çox gözəl bilir. Bir şeydən əmin olun: əgər kömək üçün Allaha müraciət etsəniz O, sizi darda qoyan deyil! (İncil, 1 Peter 5:7).