Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Yazılarda Allahın fikirləri yazıldığını göstərən hansı əsasları gətirmək olar?

Müqəddəs Yazılarda Allahın fikirləri yazıldığını göstərən hansı əsasları gətirmək olar?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazıları qələmə alan müqəddəs bəndələr özləri qeyd edirlər ki, bunu onlara Allahın özü tapşırıb. Məsələn:

  • Davud peyğəmbər yazır: «Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır» (2 Şamuel 23:1, 2).
  • Yeşaya adlı peyğəmbər ona göstərişin kim tərəfindən verildiyini söyləyir: «Xudavənd Ordular Rəbbi belə dedi» (Yeşaya 22:15).
  • İsa peyğəmbərin şagirdi həvari Yəhya da ona verilən vəhyin mənbəyini aydın şəkildə göstərir: «İsa Məsihdən gələn vəhy. Allah bu vəhyi İsaya verdi...» (İncil, Vəhy 1:1).