Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı nələri həyata keçirəcək?

Allahın Padşahlığı nələri həyata keçirəcək?

Müqəddəs Yazıların cavabı

Allahın Padşahlığı insan hökumətlərinin hamısını əvəz edəcək və bütün Yer kürəsini idarə edəcək (Daniel 2:44). O zaman Allahın Padşahlığı aşağıdakıları həyata keçirəcək:

  • öz eqoistliyi ilə hamımıza zərər vuran pisləri məhv edəcək. «Pis adamlar bu torpaqdan atılacaq» (Süleymanın məsəlləri 2:22);
  • müharibələrin hamısına son qoyacaq. «[Allah] yerin ucqarlarınadək döyüşləri dayandırar» (Zəbur, Məzmur 46:9);
  • bütün yer üzündə firavanlığı və təhlükəsizliyi bərqərar edəcək. «Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq» (Peyğəmbərlərin kitabı, Mikeya 4:4);
  • yer üzünü Cənnətə çevirəcək. «Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək» (Peyğəmbərlərin kitabı, Yeşaya 35:1);
  • hər bir insanı faydalı və zövq verən işlə təmin edəcək. Allah deyir: «Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək» (Peyğəmbərlərin kitabı, Yeşaya 65:21—23);
  • xəstəliklərə son qoyacaq. «Orada yaşayan: xəstəyəm deməyəcək» (Kitabı Mukaddes, Yeşaya 33:24).
  • qocalığı aradan qaldıracaq. «Bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyyub 33:25);
  • ölüləri yenidən həyata qaytaracaq. «Qəbirlərdə olanların hamısı onun [İsa Məsihin] səsini eşidəcək» və diriləcək (İncil, Yəhya 5:28, 29).

 

Əlavə məlumat

İlahi müjdə

Öyrənin görün ilahi müjdə nədən ibarətdir, onu eşitməyimiz nə üçün vacibdir və biz nə etəliyik.