Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allah aborta necə baxır?

Allah aborta necə baxır?

Müqəddəs Yazıların cavabı

Allahın gözündə həyat müqəddəsdir, hətta ana bətnində olan rüşeym belə Onun üçün bir fərd, canlı insandır. Allahdan ilham alaraq padşah və peyğəmbər olan Davud Onun barəsində yazmışdı: «Gözlərin rüşeymimi gördü» (Zəbur, Məzmur 139:16, Yeni Dünya tərcüməsi). Allah tələb edirdi ki, ana bətnində olan uşağa zərər vuran şəxs məsuliyyətə cəlb olunsun. Buna görə də doğulmamış uşağın həyatına son qoymaq Allahın gözündə qatillikdir (Tövrat, Çıxış 20:13; 21:22, 23, Yeni Dünya tərcüməsi).

Bəs doğuş vaxtı ana ilə uşağın həyatı arasında seçim etmək kimi ağır vəziyyət yaranarsa, onda necə? Bu halda qərarı ər-arvad özü verməlidir.