Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

666 rəqəminin mənası nədir?

666 rəqəminin mənası nədir?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Yazıların son kitabına əsasən, 666 dənizdən çıxan yeddibaşlı, onbuynuzlu vəhşi heyvanın rəqəmi, yəni adıdır (Vəhy 13:1, 17, 18). Bu vəhşi heyvan hər «qəbilə, xalq, dil və millət üzərində» hökmranlıq edən ümumdünya siyasi sistemi təmsil edir (Vəhy 13:7). Bu siyasi sistemə verilən 666 adı onun Allahın gözündə olduqca yararsız olduğunu göstərir. Hansı mənada?

Adi ad deyil. Allahın verdiyi hər adın öz mənası var. Məsələn, Allah mənası «ali ata» olan İbramın adını dəyişib İbrahim qoymuşdu. «İbrahim» «çoxlarının atası» deməkdir, çünki Allah ona vəd etmişdi ki, o, «çoxlu millətin atası» olacaq (Yaradılış 17:5, haşiyə). Allahın vəhşi heyvana verdiyi 666 adı da istisna deyil. Ona bu ad müəyyən cəhətlərinin rəmzi olaraq verilib.

6 rəqəmi qeyri-kamilliyin rəmzidir. Müqəddəs Kitabda rəqəmlər çox vaxt rəmzi məna daşıyır. Yeddi rəqəmi, adətən, tamlığı, mükəmməlliyi bildirir. Yeddidən bir ədəd az olan altı rəqəmi isə Allahın gözündə natamam, qüsurlu olan bir şeyə aid ola bilər və bəzən Allahın düşmənlərinə aid işlənilir (1 Salnamələr 20:6; Daniel 3:1).

Vurğulamaq üçün üç dəfə təkrarlanır. Müqəddəs Kitabda bəzən bir şeyi vurğulamaq lazım gələndə üç dəfə təkrarlanır (Vəhy 4:8; 8:13). Ona görə də 666 adı birmənalı şəkildə vurğulayır ki, insanların qurduğu siyasi sistem Allahın gözündə olduqca yararsızdır. Onlar yer üzündə əsil sülh və təhlükəsizliyi yarada bilmədilər, buna yalnız Allahın Padşahlığı nail olacaq.

Vəhşi heyvanın nişanı

Müqəddəs Kitabda deyilir ki, insanlar «vəhşi heyvanın nişanı»nı alırlar, çünki «heyrətlə», ona ibadət edirlərmiş kimi ardınca gedirlər (Vəhy 13:3, 4; 16:2). Onlar bunu ölkələrinə, onun rəmzlərinə və hərbi qüvvələrinə ibadət xarakterli ehtiram bəsləməklə edirlər. «Din ensiklopediyası»nda deyilir: «Millətçilik müasir dünyamızın aparıcı dininə çevrilib» *.

Vəhşi heyvanın nişanı insanların sağ əlinə və alınlarına necə qoyulur? (Vəhy 13:16). Allah İsrail xalqına verdiyi əmrlər barədə demişdi: «Mənim bu sözlərimi... qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın» (Qanunun təkrarı 11:18). Bu o demək deyildi ki, israillilər hərfi mənada qollarına və alınlarına nişan qoymalı idilər, onlar sadəcə yol verməli idilər ki, onların bütün fikir və hərəkətlərini Allahın sözləri idarə etsin. Eynilə, Vəhy 13:16 ayəsində yazılan sözlər kiminsə özünə 666 rəqəmini döydürdüyünü göstərmir. Vəhşi heyvanın nişanı siyasi sistemin həyatlarını idarə etməsinə yol verən insanların rəmzi kimi istifadə edilir. Vəhşi heyvanın nişanını qəbul edənlər Allahın düşməninə çevrilirlər (Vəhy 14:9, 10; 19:19—21).

^ abz. 8 Həmçinin baxın: «Nationalism in a Global Era», səh. 134; və «Nationalism and the Mind: Essays on Modern Culture», səh. 94.

Əlavə məlumat

Dünyanın sonundan qorxmalıyıqmı?

Ola bilsin, Müqəddəs Kitabda dünyanın sonu barədə yazılanlar sizə təəccüblü gələcək.