Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nə vaxt öləcəyimiz əvvəlcədən müəyyənləşdirilib?

Nə vaxt öləcəyimiz əvvəlcədən müəyyənləşdirilib?

Müqəddəs Yazıların cavabı

Yox, nə vaxt öləcəyimiz əvvəlcədən müəyyənləşdirilməyib. Müqəddəs Kitabda aydın göstərilir ki, Allah insanın taleyini yazmır və insan çox vaxt təsadüfən baş verən hadisə nəticəsində ölür (Vaiz 9:11).

Bəs Müqəddəs Kitabda «ölməyin öz vaxtı» olduğu deyilmir?

Düzdür, Vaiz 3:2 ayəsində deyilir ki, «doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı» var. Lakin bu ayənin kontekstinə nəzər saldıqda görmək olur ki, burada insan həyatının adi gedişatından bəhs edilir (Vaiz 3:1—8). Necə ki Allah əkinçini hansısa vaxtda nə isə əkməyə məcbur etmir, eləcə də bizim ölüm vaxtımızı müəyyən etməyib. Bu ayələrin məğzi ondadır ki, insanın başı Yaradanından uzaqlaşacaq qədər gündəlik işlərə qarışmamalıdır (Vaiz 3:11; 12:1, 13).

Ömrümüzü uzada bilərik

Həyatın keşməkeşli olmasına baxmayaraq, ağıllı qərarlar verməklə əksər hallarda ömrümüzü uzatmaq mümkündür. Müqəddəs Kitabda yazılıb: «Hikmətli adamın təlimi həyat qaynağıdır, insanı ölüm tələsinə düşməkdən geri qaytarır» (Süleymanın məsəlləri 13:14). Musa peyğəmbər israillilərə demişdi ki, Allahın əmrlərinə əməl etsələr, ömürləri uzun olacaq (Qanunun təkrarı 6:2). Pis və ya ağılsız hərəkət etsək, özümüz öz əlimizlə ömrümüzü qısaltmış olacağıq (Vaiz 7:17, Kitabı Mukaddes).

Nə qədər ağıllı və ehtiyatlı olsaq da, ölümdən qaçmaq mümkün deyil (Romalılara 5:12). Amma əbədiyyən belə olmayacaq, çünki Müqəddəs Kitaba əsasən, tezliklə ölüm yox ediləcək (Vəhy 21:4).

Əlavə məlumat

Ölülər üçün ümid

İnsan öləndə aqibəti nə olur? Ölən əzizlərimizi nə vaxtsa yenidən görəcəyik?

Həyatın mənası nədədir?

«Həyatın mənası nədədir?» sualını özünüzə vermisinizmi? Müqəddəs Kitabda bu suala verilən cavabı öyrənin.