Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?

Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?

Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?

Sənə lazımdır: ünsiyyət etmək bacarığı

Ünsiyyət etmək bacarığı çox vacibdir. Bunun sayəsində

  • başqaları səni başa düşə biləcək

  • valideynlərin nəyisə sənə icazə verməyəndə səbəbini başa düşəcəksən

Səninlə böyük insan kimi davranmalarını istəyirsənsə, bunun yeganə yolu yetkin insanlar kimi ünsiyyət etməyi öyrənməkdir. Bunu necə etmək olar?

Hisslərini cilovlamağı öyrən. Yaxşı ünsiyyət özünə hakim olmaq bacarığı tələb edir. Müqəddəs Kitabda deyilir: «Axmaq həddini aşıb özündən çıxar, hikmətli səbirli dayanar» (Süleymanın məsəlləri 29:11).

Dolayısilə, ağlayıb-mızıldamaq, acıq eləmək, qapını çırpıb getmək, ayağını yerə döymək kimi variantlara əl atma. Belə hərəkətlər sənin sərbəstliyini yox, məhdudiyyətlərini artıracaq.

Özünü valideynlərinin yerinə qoy. Tutalım, valideynlərin səni hansısa əyləncə gecəsinə qoymaq istəmirlər. Mübahisə etmək əvəzinə, onlardan soruşa bilərsən:

«Hansısa etibarlı, yetkin, dostum mənimlə getsə, olar?»

Hətta bundan sonra da, ola bilsin, valideynlərin icazə verməsin. Lakin onların nəyə görə narahat olduğunu anlamağa çalışsan, ola bilsin, daha münasib təklif irəli sürdün.

Valideynlərinin qoyduğu qaydalara riayət etmək banka kredit borcunu ödəməyə bənzəyir: nə qədər etibarlı olsan, bir o qədər də çox etibar (kredit) qazanacaqsan

Valideynlərinin etibarını qazan. Bankdan borc götürən bir nəfəri təsəvvür edək. Əgər o, ödənişlərini vaxtlı-vaxtında edirsə, bankın etibarını qazanacaq və gələcəkdə bank ona, çox ehtimal ki, daha çox kredit verəcək.

Evdə də belədir. Valideynlərinə itaət etmək sənin borcundur. Əgər ata-ananı tez-tez məyus etsən, onlar sənin «kredit limitini» azalda, hətta kəsə bilərlər. Onda buna təəccüblənmə.

Amma ən xırda işlərdə belə özünü doğrultsan, güman ki, valideynlərin sənə gələcəkdə daha çox etibar edəcəklər.

 

Əlavə məlumat

Gənclərin sualları (cild 1)

Kitabda spirtli içkilər, narkotik maddələr, əxlaq və əks cinslə münasibətlər kimi mövzulara toxunulur.