Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Valideynlərimin qoyduğu qaydanı pozmuşamsa, nə edim?

Valideynlərimin qoyduğu qaydanı pozmuşamsa, nə edim?

Valideynlərimin qoyduğu qaydanı pozmuşamsa, nə edim?

Onsuz da pis olan vəziyyətin daha da pisləşməməsi üçün nə etmək olar?

Düzünü de. Əks halda, onların sənə olan-qalan etibarını da itirəcəksən. Dürüst ol, xüsusilə də təfsilatları danışanda (Süleymanın məsəlləri 28:13).

  • Özünə bəraət qazandırmaqdan və ya baş verənlərin əhəmiyyətini azaltmaqdan çəkin.

  • Heç vaxt yaddan çıxartma ki, «həlim cavab hirsi yatırar» (Süleymanın məsəlləri 15:1).

Üzr istə. Valideynlərinə narahatçılıq verdiyinə, başlarına iş açdığına və ya onların qanını qaraltdığına görə peşman olduğunu desən, bəlkə, onlar cəzanı yüngülləşdirdilər. Amma peşmançılığın səmimi olmalıdır.

Nəticə ilə barış. Öz hərəkətlərinin məsuliyyətini daşımaq yetkinlik əlamətidir. Belə vəziyyətdə edə biləcəyin ən yaxşı şey itirdiyin etibarı yenidən qazanmaqdır (Süleymanın məsəlləri 20:11).

Unutma ki, ata-ananın sənin hərəkətlərindən göz-qulaq olmaları onların valideynlik borcudur. Buna görə də Müqəddəs Kitabda atanın əmri və ananın öyrətdiklərindən bəhs edilir (Süleymanın məsəlləri 6:20).

Valideynlərinin sənə daha çox sərbəstlik vermələrini istəyirsənsə

  • Onların qoyduğu qaydalara hər zaman riayət et

  • Çalış ki, itaətkarlıq sənin kim olduğunu və hansı prinsiplərlə yaşadığını göstərən şəxsiyyətinin bir hissəsi olsun.